Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Şəkər xəstələri üçün yayda qidalanma qaydaları - Həkim məsləhəti

Tarix: 22-07-2019 11:37     Baxış: 3172 A- / A+
Şəkər xəstələri üçün yayda qidalanma qaydaları - Həkim məsləhəti


"Şəkərli diabet xəstəliyi orqanizmdə insulin hormonunun çatışmazlığından yaranan və bunun nəticəsində qanda qlükozanın (yəni şəkərin) normadan artıq olması ilə xarakterizə olunan xəstəlikdir. Şəkərli diabetdən əziyyət çəkənlər karbohidratlardan, yəni tərkibində qlükoza (şəkər) olan qidalardan (un məmulatları,xəmir xörəkləri,meyvələr, şirniyyatlar və.s) az istifadə etməlidirlər. Şəkərli diabet xəstələri ümumiyyətlə fəsildən asılı olmayaraq hər zaman qidalanmalarına qarşı diqqətli olmalıdırlar".

Manevr.az bildirir ki, bunları həkim-endokrinoloq Xuraman Rəcəbova saytımıza verdiyi açıqlamada deyib. O bildirib ki, şəkər xəstələri yay aylarında qidalanmaya hə ümumi həyat tərzlərinə diqqət yetirməlidirlər:

"Yay aylarını meyvə və tərəvəzlərin təzəliyinə və bolluğuna görə hamımız sevirik və meyvələrdən, meyvə şirələrindən istifadə edirik. Ətrafda hər yerdə, açıq havada müxtəlif un məmulatları, hazır yeməklər satılır və istər istəməz insan alır yeyir. Şəkərli diabet xəstələri buna diqqət etməlidir. Yayda yetişən şirin meyvələrdən mümkün qədər az yeməlidirlər. İstirahətdə olarkən hazır yeməklərdən, un məmulatlarından, süni meyvə şirələrindən çox az istifadə etməlidirlər.

Daha çox tərəvəz salatlarına və zülal tərkibli, lifli qidalara üstünlük verməlidirlər. Süni meyvə şirələrinin əvəzinə adi su, təbii mineral sulardan istifadə etmək məsləhətdir. Bununla yanaşı, həkim-endokrinoloqun yazdığı müalicəyə lazımı qaydada etməli və dərman qəbulunu unutmamalıdırlar".Həkim həmçinin yay aylarında suya təlabatın artması ilə maye miqdarını tənzimləmək üçün həkimə müraciət etmək lazım olduğunu vurğulayıb:

"Daim hərəkətdə olmalıdırlar (üzgüçülük, gəzinti və.s). Əgər şəkərli diabetlə yanaşı yüksək qan təzyiqi xəstəliyi, ürək çatışmazlığı varsa, bu cür xəstələrə daim kardioloqun da nəzarəti olmalıdır.

Yay fəslində tərləmə çox olduğu üçün suya tələbat da artır. Şəkərli diabet xəstələrinin isə suya tələbatı daha çox artır və əgər şəkərlə yanaşı ürək çatışmazlığı və ya yüksək təzyiq varsa, bu cür insanlara gün ərzində qəbul edəcəyi mayenin miqdarını tənzimləmək üçün kardioloq məsləhəti lazımdır".Fiziki avtivlik üçün hansı idman növünün mümkün olub olmadığına fərdi olaraq kardioloq qərar verir. Ürək çatışmazlığı və yüksək təzyiqi olanlar günəş altında çox oturmamalıdır, rütubət çox olan məkanlarda olmamalıdırlar. Bu cür mühit onlarda artıq stress yaradır və stressin fonunda qanda şəkər yüksəlir və xəstənin ümumi vəziyyəti pisləşə bilər.

Ona görə bu cür xəstələrə nəzarəti həm endokrinoloq, həm də kardioloq aparmalıdır".


Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar