Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Göz qızartısının səbəbi nədir? – BU XƏSTƏLİKLƏRİN XƏBƏRÇİSİDİR

Tarix: 03-07-2019 08:25     Baxış: 3270 A- / A+
Göz qızartısının səbəbi nədir? – BU XƏSTƏLİKLƏRİN XƏBƏRÇİSİDİR

Bəzən səhər oyananda görürük ki, gözlərimizin içi qırmızdır.
Manevr.az bu duruma gətirib çıxaran amilləri təqdim edir.

Göziçi qızartıları göz damarlarının genişlənərək verdiyi reaksiya nəticəsində ortaya çıxır. Bu cür problemlər sadə bir dərman müalicəsi ilə aradan qalxa bilər. Adətən ciddiyə alınmayan və "bu gün keçər, sabah keçər" deyə ertələnən göz qızartısı çox zaman bəsit göz reaksiyaları səbəbi ilə yaransa da, bəzən keratit (kornea toxuması iltihabı), kongenital qlaukoma kimi önəmli göz problemlerinin də əlaməti ola bilər. Zamanında müalicə edilməyən infeksiyalar isə gözün daxili qatlarına doğru yayıldıqda ciddi görmə itkisi yarada bilər. Qalıcı ola bilən bu problemlərin qarşısını almaq üçün erkən diaqnoz və müalicə həyati önəm daşıyır.

Göz xəstəlikləri ən çox qızartı, yanma, qaşınma, batma, şişlik, ağrı və bulanıq görmə kimi əlamətlərlə biruzə verir. Bu simptomlar adətən infeksiya, ya da allergik səbəblərlə ortaya çıxır. Gözdəki ağrı qızartı ilə bərabər müşahidə edilirsə, diqqət etmək lazımdır.
Yanma və batma hissi başqa xəstəliklərə işarə ola bilər.

Gözlərdə yanma, ya da batma hiss yaransa, bu, allergik xəstəliklərin, kontakt linzalarla əlaqəli problemlərin, göz quruluğunun və ya göz qapağı pozuqluqlarının xəbərçisi ola bilər. Göz qapağı şişkinliyi isə adətən infeksiya qaynaqlı göz xəstəliklərinin əlamətidir. Lakin bu şişliklər mütəmadi yaşanırsa, böyrək başda olmaqla müxtəlif orqanlardakı xəstəliyin səbəbi ola bilər.

Göz və göz qapağı qaşıntılarına diqqət!

Allergik göz problemləri adətən göz qaşıntıları ilə özünü göstərir. Bu qaşıntıların səbəbləri arasında isə yad cisim batması, iltihab qaynaqlı göz xəstəlikləri, ətrafdakı həddindən çox işıqlandırma, müxtəlif göbələklər, sinusit, ya da qrip kimi viral xəstəliklər yer alır. Bunlarla yanaşı, göz qapağı pozuqluqları da göz qaşıntılarına səbəb olan faktorlardandır.

Mütləq göz həkiminə müraciət edin!

Keçici, ya da qalıcı fərq etməz, görmədə azalma, göz önündə uçuşan cisimlər görmə, işıq çaxması hissi, işıqların ətrafında halqalar görmə, gözdə sulanma kimi şikayətlər varsa, mütləq mütəxəssisə müraciət edilməlidir.medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar