Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur alim gənc qalmağın SİRRİNİ TAPDI - Qocalmaq istəmirsinizsə, BUNLARI EDİN!

Tarix: 17-06-2019 18:45     Baxış: 4271 A- / A+
Məşhur alim gənc qalmağın SİRRİNİ TAPDI - Qocalmaq istəmirsinizsə, BUNLARI EDİN!


Rusiyalı professor, məşhur səyahətçi və Rusiya Federasiyasının Hökuməti Mükafatının laureatı Nikolay Drozdov 81 yaşı olmasına baxmayaraq, gənc və sağlam görünür.

Sağlam həyat tərzini təbliğ edən professor çoxlu sayəhət edir və çalışır.

Manevr.az publika.az-a istinadən bu yazıda Nikolay Drozdovun 10 həyat qaydasını təqdim edir:

1. Devizim: “Həyat pozitivdir”. Hər işin müsbət tərəflərini görməyə çalışıram. Həyata gül çəhrayı eynəklərdən baxmaq lazım deyil, sadəcə hər insanın ətrafına müsbət tərəfdən baxmaq bacarığı olmalıdır.

2. Artıq 37 ildir ət yemirəm. Hindistanda yoqa ilə maraqlanmağa başladım və vegetarian oldum. Vegetarianizm həyat mövqeyimdir, bu yol bir şəxs üçün çox doğrudır, çünki mədə effektiv şəkildə bitkisəl qidalar yeməyə adaptasiya edilir, heyvan ətlərini həzm etmək üçün böyük miqdarda enerji sərf olunur. Naharım naminə heyvanların öldürülmədiyini biləndə, özümü daha sakit hiss edirəm.

3. Əsas hədəfim: siqaret çəkməmək! Evdə içi spritli içki ilə doldurulmuş şüşə qabları yoxdur. Bütün ailəmiz sağlam həyat tərzini sürür.

4. Müəllimim akademik Yuri Petroviç Quşkodur. Onun “Uzunömürlülük seyfinin 12 açarı” kitabı hər kəs üçün faydalıdır.

5. Hər səhər bütün əzələ qrupları üçün 1 saat məşq edirəm.

6. Səhər yeməyindən yarım saat əvvəl 2 stəkan ilıq və ya az duzlu su için. Bu akademik İvan Pavloviç Neumuvakinin tövsiyəsidir. Səhər məşqindən sonra yulaf və ya qarğıdalı püresi hazırlayın, ona bal, quru ərik və ya qara gavalı əlavə edə bilərsiniz.

7. Yaxşı əhval-ruhiyyənin zəmanəti - gecə xəbərlərini seyr etməyin. Yuxu rejiminə diqqət edirəm. Gecə 12-ə qədər yatağa gedirəm, saat zəng çalmadan beş, altıda yuxudan oyanıram.

8. Təbiətin insan əli dəyməyən, sivilizasiyadan 3 uzaq yer var ki, orada yenilənirəm. Bu - Kamçatka, Baykal Gölü və Altay Dağlarıdır.

9. İnsanları sevmək lazımdır. Yalnız sevgi vasitəsilə başqa insanın çatışmazlıqlarına üstün gəlmək olar.

10. Yaşlanma prosesini dayandıran 3 müddəa kəşf etdim. Gülmək, mahnı oxumaq və rəqs etmək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar