Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yüksək təzyiqi salan heç kimin bilmədiyi 7 inanılmaz vasitə

Tarix: 02-04-2019 11:06     Baxış: 3292 A- / A+
Yüksək təzyiqi salan heç kimin bilmədiyi 7 inanılmaz vasitə


Adətən insana hipertoniya diaqnozu qoyulduqda həkim ona təzyiqi salan dəman preparatını (və ya preparatlarını) təyin edir.

Tanınmış risiyalı həkim-revmatoloq və psixofizioloq akademik Pyotr Evdokimenko öz kitablarında və çoxsaylı mühazirələrində bu yanaşmanı səhv hesab edir. Akademikin fikrinə görə, həkim yüksək təzyiqin səbəbini araşdırmalı və aradan qaldırmalıdır ki, bu halda təzyiq dərmansız da tənzimlənəcək.
Evdokimenko qeyd edir ki, həkimlərin təyin etdiyi "təzyiq dərmanları" nəinki hipertoniyanı müalicə etmir, onların müntəzm olaraq qəbulu xəstədə bir sıra digər pozulmaların inkişafına səbəb olur. Belə ki, akademikin sözlərinə görə, təzyiq dərmanlarının uzun müddət ərzində qəbulu qanda xolesterinin səviyyəsini qaldırır. Xolesterini salmaq üçün həkimlər statin preparatları təyin edirlər. Statinlərin müntəzəm qəbulu şəkərli diabetin riskini xeyli artırır və s. Həmçinin təzyiq preparatlarının uzun müddət ərzində qəbulu podaqranın inkişafına da səbəb olur.

Evdokimenko təzyiqi salmaq üçün çox sadə vasitələrdən istifadə etməyi tövsiyə edir. Bu tövsiyələrə əməl etməklə təzyiq dərmanlarından imtina edə və ya onların qəbulunu xeyli azalda bilərsiniz.

Manevr.az saglamolun.az-a istinadən akademik Evdokimenkonun 7 tövsiyəsi ilə tanış edir.

1. Duzun qəbulunu 5 qr qədər azaldın.

2. Qidalanma rejimində deyişikliklər edin - əsas qida qəbulları səhər və günorta olmalıdır. Şam yeməyi yüngül olsun. Axşam 22.00-dan sonra çay içməyin və digər mayelərin də qəbulunu kəskin azaldın.

3. Gün ərzində fizki aktivliyinizi artırın, şam yeməyindən yarım saat-1 saat sonra mütləq açıq havada gəzin.

4. Qəhvənin qəbulunu 1-2 fincana qədər azaldın.

5. Gün ərzində 1 l təmiz qazsız su için.

6. Qidalanmanızın əsas hissəsini süd məhsulları və bitkilər (meyvə, tərəvəz, göyərti, yarmalar) təşkil etməlidir. Qızardılmış, yağlı qidalar, ət, şirniyyatlar kəskin məhdudlaşdırılmalıdır. Az miqdarda toyuq əti və balıq yeyə bilərsiniz.

7. Buna əks-göstərişlər yoxdursa ildə 1-2 dəfə 1 ay ərzində maqnezium preparatını qəbul edin.

Hər axşam 2 ay ərzində yemişan tinkturasını qəbul edin. 1 ç.q. yemişan tinktirasını yarım stəkan suda həll edin və nahardan sonra için.

Pişikotu həbləri də təzyiqi yaxşı tənzimləyir. Bunun üçün 1-2 ay ərzində səhər 3 həb, axşam isə 4-5 həb pişikotu qəbul etmək lazımdır.

Evdokimenko qeyd edir ki, bütün bu preparatları eyni anda içmək olmaz. Əvvəl bir, sonra digər preparatı sınaqdan keçirin. Bu preparatlar sadə və təbiidir.

Sonda doktor qeyd edir ki, əgər insan hal hazırda təzyiqi salan preparatları qəbul edirsə, onlardan dərhal imtina etmək olmaz (xüsusilə bu adrenoblokatorlar preparatlarına aiddir). Yuxarıda sadaladığımız tövsiyələri yerinə yetirdikdən sonra təzyiq preparatlarının dozalarını tədricən azalda, sonra isə onlardan imtina da edə bilərsiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar