Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyi dərmanlarla bağlı AÇIQLAMA VERDİ

Tarix: 15-01-2018 08:52     Baxış: 4468 A- / A+
Səhiyyə Nazirliyi dərmanlarla bağlı AÇIQLAMA VERDİ


Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Fransa və Danimarka alimləri tərəfindən insanda sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsi kimi xəstəliklərə yol açdığı deyilən dərman - "İbuprofen"lə bağlı açıqlama verib.

Manevr.az bildirir ki, Azərbaycana bu adda dərmanların gətirilməsinə icazə verilir.

Azərbaycana gətirilən "İbuprofen" dərmanları Belarusun Borisov Dərman Preparatları Müəssisəsi tərəfindən istehsal edilir.

Bu dərman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2014-cü il noyabrın 4-də qeydiyyata alınıb. Qeydiyyat bitmə tarixi 2019-cu ilin noyabrın 4-dədir.

Nazirlik bildirir ki, ibuprofen dərmanları Azərbaycana örtülü tabletlər (10 ədəd) formasında gətirilir:

"İndiyədək bu dərman vasitəsinin əks təsirləri, əlavə təsirləri ilə bağlı mərkəzə şikayət daxil olmayıb".

Qeyd edək ki, Fransa və Danimarka alimlərinin apardığı araşdırmaya görə, tərkibindəki əsas maddə ibuprofen olan dərman yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.

Dərmanın içlik (təlimat) vərəqində qeyd edilir ki, İbuprofen ağrıkəsici və iltihabəleyhinə vasitə kimi revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artrit və Still xəstəliyinin), ankilozlaşdırıcı spondilit, osteoartroz və digər qeyri-revmatoid (seroneqativ) artropatiyaların müalicəsində istifadə olunur.

Doza həddinin aşılması zamanı qarında ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, tormozlanma, yuxululuq, depressiya, baş ağrısı, hipotoniya, qıcolmalar, ürək ritminin pozulması, tənəffüsün zəifləməsi kimi hallar baş verir.

Dərmanın əlavə təsirləri-bağırsaq qanaxması, ürəkbulanma, qusma, ishal, meteorizm, qəbizlik, dispepsiya, qarında ağrı, melena, qanlı qusma, xoralı stomatit, kolitin kəskinləşməsi və Kron xəstəliyi, çox nadir halda pankreatit, anafilaksiya, astma, bronxospazm və ya təngnəfəslik, ürək çatışmazlığının əlamətləri, yuxusuzluq, həyəcan, depressiya, huşun pozulması, hallüsinasiyalar, görmə sinirinin nevriti, baş ağrısı, paresteziyalar, başgicəllənmə, yuxululuq və s.-dir./Trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar