Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 35 nəfər cinsiyyətini dəyişmək istəyir - 10-15 min manat...

Tarix: 30-06-2017 11:50     Baxış: 4508 A- / A+
Azərbaycanda 35 nəfər cinsiyyətini dəyişmək istəyir


Azərbaycanda cinsiyyət dəyişdirilməsi, yəni qadının kişiyə, kişinin qadına çevrilməsi qanunla qadağandır.

Metbuat.az-a istinadən Manevr.az xəbər verir ki, Azərbaycanda bu sahədə yeganə mütəxəssis həkim – Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü mərhum Camal Əzimzadə olub (O, bir müddət əvvəl rəhmətə gedib). O, mətbuata müsahibələrində bildirib ki, ölkəmizdə cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur. Belə ki, 2002-ci ildən bu günədək cinsin dəyişdirilməsi üzrə təxminən 30-35 nəfər müraciət edib. Onların arasında gənclər daha çox üstünlük təşkil edir. Müraciətlərdən isə yalnız 9-u üzrə cinsiyyət dəyişikliyi aparılıb, bunlardan da 8-i kişi, 1-i qadındır. 2012-ci ildən Azərbaycanda cinsiyyətin dəyişdirilməsi ilə bağlı bir əməliyyat belə aparılmayıb.

Hazırda ölkəmizdə cinsiyyət dəyişdirmə əməliyyatını həyata keçirən klinikalar var?

Araşdırmamız zamanı bir neçə klinika ilə əlaqə saxladıq. Müraciət etdiyimiz klinikalar belə əməliyyat həyata keçirmədilərini bildirdilər.

Ölkəmizdə cinsini dəyişdirmək istəyənlər qonşu ölkələrə üz tutur. Türkiyədə cinsiyyət dəyişdirmə əməliyyatı həyata keçirilir. Plastik və rekonstriktiv cərrah Sərdar Nasırın sözlərinə görə, qadından kişiyə çevrilmək əməliyyatı olduqca çətindir. Həkim deyib ki, müraciət edənlərin sevgililəri olur və onlar cinsiyyətini dəyişdikdən sonra evlənirlər. Əməliyyatın maliyyə dəyəri 10-15 min manatdır.

Həkimin sözlərinə görə, əməliyyatdan sonra bir həftə ərzində pasiyent hərəkətsiz yatır. Bu çətinlikləri əməliyyatdan əvvəl xəstələr bilir, ancaq vəziyyətə dözürlər.

Həkim əlavə edib ki, onlar cinsiyyətini dəyişdikdən sonra normal insanlar kimi həyatlarına davam edə və övlad sahibi ola bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar