Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni kəşfiyyatçı və politoloqdan müharibə hazırlığına ÇAĞIRIŞ – 1 ay sonra Kür və Araz boyunca…

Tarix: 31-07-2018 23:26     Baxış: 2606 A- / A+
Erməni kəşfiyyatçı və politoloqdan müharibə hazırlığına ÇAĞIRIŞ – 1 ay sonra Kür və Araz boyunca…


Ermənistanda hesab edirlər ki, sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda müharibə başlayacaq.
Erməni ekspertlər İrəvanı yeni müharibəyə hazırlaşmağa çağırır.

Erməni kəşfiyyatçı, keçmiş döyüşçü Vaan Badasyan erməni hərbi birləşmələrinin mövqelərinin irəli çəkilməsi təklifi ilə çıxış edib. Onun iddialarına görə, Azərbaycan Ordusu son illər ərzində taktikanı dəyişdirdi və mövqeləri tədricən irəli çəkir: "Naxçıvan cəbhəsində mövqelərini möhkəmləndirdilər.
Azərbaycan taktikanı dəyişdirərək, gələcək müharibədə üstün mövqedə olmağı təmin etdi. Təəssüf ki, Ermənistan ordusunun baş qərargahı bunu nəzərə almadı, yaxud nəzərə alsalar da uyğun addım atmadılar.
Təmas xəttində mövqelər arasında 30, yaxud 70 metr məsafə var. Biz 100 metr məsafə olan yerlərə görə Allaha şükür edirik.
Hərçənd, 100 metr məsafədən daşla da vura bilərlər. Azərbaycanın taktikası "aprel müharibəsi”ndə uğur qazanmalarına səbəb oldu.
Hesab edirəm ki, biz müharibəyə hazırlanmalıyıq. Orduda əxlaqsız hadisələri aradan qaldırmalı və gücləndirməliyik”.
Erməni politoloq Levon Şirinyan iddia edir ki, payızda müharibə başlanacaq. Şirinyan bir az da irəli gedərək, erməni ordusunun Araz və Kür çayı boyunca hücuma keçməsini təklif edib. "Ermənistanda növbədənkənar parlament seçkiləri təcili olaraq keçirilməli və daxili problemlər həll olunmalıdır.
Payızda müharibə olacaq. Bizim ordumuz Kür və Araz çayı boyunca hücum edərək rəqibin qarşısını almalıdır.
Biz buna hazırlaşmalıyıq”, - deyə erməni politoloq çağırış edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar