Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Hər kəs imkan daxilində...”- Sarkisyan xalqa YALVARDI, biabırçılıq ÜZƏ ÇIXDI

Tarix: 15-01-2018 18:20     Baxış: 4362 A- / A+
 “Hər kəs imkan daxilində...”- Sarkisyan xalqa YALVARDI, biabırçılıq ÜZƏ ÇIXDI


Ermənistan ordusunda əsgərlərin müalicə olunmasına pul tapılmaması erməni ictimaiyyətində ciddi rezonansa səbəb olub.

Manevr.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Viqen Sarkisyan hərbi qulluqçu Albert Dalakyanın xaricdə əməliyyat olunması üçün əhaliyə müraciət edib.

“Albertə xaricdə çox mürəkəb əməliyyat lazımdır. Biz xaricdəki əməliyyatın pulunu ödəyə bilmirik. Mən və bir neçə dostum əməliyyat pulunun 10 faizini (45 min dollar) toplamışıq. Hər kəsi bu əməliyyata kömək göstərməyə çağırıram”, - deyə erməni nazir bildirib.

Lakin erməni nazirin bu müraciəti ictimai rezonansa səbəb olub.

Ekspertlər hesab edirlər ki, V.Sarkisyan bu müraciətlə özünün “1000 dram” layihəsinə haqq qazandırmaq niyyətindədir. Bu layihəyə görə, bu ilin 1 yanvar tarixindən etibarən Ermənistan əhalisinin hər birinin aylıq məvacibindən 1000 dram pul tutularaq, yaralı əsgərlərin müalicəsi üçün yaradılan fonda köçürüləcək. Əhali buna qəti şəkildə etiraz edir və bunu hakimiyyətin yeni varlanmaq yollarından biri adlandırır. Məlumata görə, əhalinin etirazından sonra erməni ordusundakı çatışmazlıqlar yenidən gündəmə gəlib və Viqen Sarkisyanın postundan uzaqlaşdırılması aktuallaşıb. Ehtimallara görə, nazir məhz öz ideyasını legitimləşdirmək üçün belə bir müraciət edib. Lakin müalicəsi üçün pul toplanan hərbi qulluqçu Albert Dallakyanın qeyri-döyüş şəraitində yaralanması da ermənilər tərəfindən narazılıqla qarşılanıb və xüsusilə sosial şəbəkələrdə döyüş şəraitində yaralanan əsgərlərin müalicə olunmadığı haqda fikirlər səsləndirilib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar