Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbov sərhəd kəndindəki postda

Tarix: 09-12-2017 17:43     Baxış: 6441 A- / A+
Vasif Talıbov sərhəd kəndindəki postda


Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissənin əhatə etdiyi postda olub.

Manevr.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, əsgər və zabitlərlə görüşən Ali Məclisin sədri deyib ki, xidmətin nümunəvi təşkili bu ərazidə insanların rahat yaşayışını təmin edir: "Vaxtilə bu ərazidə post yox idi. Lakin ölkəmiz inkişaf etdikcə ordumuz da qüdrətləndi, əsgər və zabitlər üçün hərtərəfli xidmət və yaşayış şəraiti yaradıldı. Bu sərhəd bölgəsində də yeni postlar yaradıldı, yol çəkildi, xidmət nümunəvi təşkil olundu.

Ali Məclisin sədri sərhədlərimizi etibarlı müdafiə etdiklərinə görə şəxsi heyətə təşəkkür edib, xidmətdə fərqlənənlərə hədiyyələr verib.

Sonra Ali Məclisin sədri təmas xəttində xidmətin təşkili ilə maraqlanıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib. Qeyd olunub ki, ərazidə əlverişli hücum mövqeyi seçilib və möhkəm müdafiə potensialı yaradılıb, postlar müasir silah və texnika ilə təmin olunub, yeni səngər və əlaqə yolları çəkilərək əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş təmin edilib.

Həmin gün Ali Məclisin sədri Gərməçataq kəndində yerləşən dayaq məntəqəsində də olub, şəxsi heyətlə görüşüb.

Vasif Talıbov müdafiə mövqeyinin möhkəmləndirilməsi və xidməti döyüş fəaliyyətinin təşkili barədə müvafiq tapşırıqlar verib.

Vasif Talıbov sərhəd kəndindəki postda
Vasif Talıbov sərhəd kəndindəki postda
Vasif Talıbov sərhəd kəndindəki postda

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar