Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, 1 nəfər ölüb”

Tarix: 30-06-2020 16:05     Baxış: 4293 A- / A+
“Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, 1 nəfər ölüb”


“Jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb”.

Manevr.az-ın məlumatına görə, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli öz FACEBOOK səhifəsində məlumat yayıb.

Sədrin dediyinə görə, hələ mayın 16-da açıqlama yayaraq, 4 ay müddətində (fevral-may ) jurnalistlər arasında COVID-19-a yoluxan və ölüm halları barədə bilgi verilmişdi. “O zaman dünyada pandemiya səbəbiylə həyatlarını itirən jurnalistlərin sayı 67 nəfər idi. Virusa yoluxub ağır vəziyyətə düşənlərin sayı isə 300-ə çatmışdı”.

İndi məlum olur ki, 1 ay ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri əvvəlki 4 ayın nəticələrindən 2 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına doğru dünyada COVID-19-a yoluxub həyatını itirən jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1200 nəfərə yaxındır. Ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb. Yüksək rəqəmlər Latın Amerikası ölkələrində qeydə alınıb -62 nəfər. Avropada 23, Asiyada 17 , Şimali Amerika 13, Afrika 12 jurnalist həyatını itirib. “Siyahıda qabarıq görünən ölkələr isə bunlardı: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər), Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistandır (3 nəfər) və sair.

Müşfiq bəyin dediyinə görə, ötən ayın siyahısında dəyişən bir məqam da var: hesabatlarda artıq Azərbaycanın da adı görünür. “İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan bircə nəfər belə yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar