Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış jurnalist vəfat etdi

Tarix: 04-02-2020 10:33     Baxış: 5175 A- / A+
Tanınmış jurnalist vəfat etdi


Jurnalist Cavanşir Cahangirov vəfat edib.

Manevr.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Cavid Cahangirov məlumat verib.

Onun sözlərinə görə, uzun müddət xəstəlikdən əziyyət çəkən atası bu gün səhər saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib.

Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə "Gənclik" redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Hazırda isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışırdı.

Allah rəhmət eləsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar