Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bəzi jurnalistlər əlilliyi olan insanları incidirlər

Tarix: 12-11-2019 11:19     Baxış: 384 A- / A+
Bəzi jurnalistlər əlilliyi olan insanları incidirlər

“Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, xeyli dərəcədə inciklik və narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda “qüsurlu”, “şikəst” kimi ifadələr işlədirlər…”.

Bu fikirlər “Park İnn” otelində media nümayəndələri üçün keçirilən təlimdə səsləndirilib.
Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib ki, məqsəd sağlamlıq imkanları məhdud uşaqlarla kompleks şəkildə maarifləndirmə işi aparmaqla onların sosial inklüziyasına dəstək göstərməkdən ibarətdir.
Media nümayəndələri üçün keçirən təlim isə adından göründüyü kimi “Medianın əlliyi olan şəxslərin sosial adaptasiyasında rolu”na həsr olunub.
Təlimdə əlillik mövzusunda çıxış edən ekspertlər- Vəkillər Kollegiyasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcrayyə Komitəsinin sədri Sahib Məmmədov və Müstəqil Həyat Tərzi Əlillərə Dəstək İB-nin sədri Aydın Xəlilov jurnalistləri təlimatlandırıblar.
Çıxış edən Sahib Məmmədov daha çox cəmiyyətdə əlilliyin dərki ilə bağlı problemin mövcud olduğunu bildirib. O qeyd edib ki, əlilliyi olan insanları çox halda normal olmayan adam kimi, yararlı olmayan şəxs kimi təqdim edirlər. Bu təəssüf doğuran yanlışların aradan qaldırılması üçün jurnalistlər daha həssas davranmalı, sosial mövzuları işıqlandırarkən məlumatlı olmalıdırlar.
Aydın Xəlilov həmkarının fikirlərinə dəstək olaraq vurğulayıb ki, əlilliyi olan insanlarla bağlı olan problemlərdən ən əsası bu sahədə sosial reklamların olmamasıdır: “Təəssüf ki, bu mənada hazırlanan videoişlər qənaətbəxş deyil. Sosial reklamda bilik və təsəvvür olmalıdır, biz emosiya, davranışları bildirmək yollarını öyrənməliyik”.
A. Xəlilov təlim iştirakçıları üçün əlilliyi olan insanlarla bağlı hazırlanan materiallarda jurnalistləri həssas olmağa çağırıb.
“Jurnalist peşəkar ola bilır, amma çox halda yaradıcı ola bilməz, bu əskik xüsusiyyət deyil, amma əgər əlilliyi olan insanların problemləri işıqlandırılırsa, burada diqqət ikiqat olmalıdır”.
Təlim maraqlı müzakirələrlə davam edib. Tədbirin sonunda jurnalistlərə sertifikatlar verilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar