Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“XXI əsr paytaxt nəşrləri- Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü

Tarix: 19-04-2019 17:44     Baxış: 3487 A- / A+
“XXI əsr paytaxt nəşrləri- Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü


Bu gün A.P. Çexov adına Blaqoveşensk şəhər Kitabxanasında “XXI əsr paytaxt nəşrləri. Kitab günü” V Beynəlxalq İctimai Yazıçı-Nəşriyyat Forumu işə başladı. Forumun açılışında Yasamal rayon MKS-i iştirak etdi. Telekörpü böyük rus şairi A.S.Puşkinin 220 illik yubileyinə həsr olunmuşdur. Tədbirdə Blaqoveşensk şəhərinin Mədəniyyət İdarəsinin rəisi Viktoriya Xopatko çıxış edərək bildirdi ki, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası və Blaqoveşensk kitabxanası arasında 2018-ci ilin payızından təcrübə mübadiləsi aparılır, uğurlu layihələr həyata keçirilir. “Araz” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin sədri Tofiq Niftəliyev hər iki kitabxanaya yaradıcılıq uğurları arzuladı. Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova qonaqları salamladı, A.S.Puşkinin yubileyi ilə bağlı tədbirlərdən məlumat verdi.
Telekörpüdə Azərbaycan və Amur vilayətinin yazıçıları, oxucular və kitabxanaçılar iştirak etdilər. Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdi Nisə Hüseynovanın ifasında İ M.F.Axundovun Puşkinin ölümünə yazılmış “Şərq poeması” səsləndirildi. “Sözü qaytar” poetik layihənin iştirakçısı, həmyerlimiz Orxan Namazov A.S.Puşkinin ”Я Вас любил“ şeirini səsləndirdi. Sonra bu şeir Azərbaycan dilində səsləndi.Telekörpüdə İncəsənət Gimnaziyasının şagirdləri Şərif Həsənov, Olivia Abdullayeva, Renata Sultanova, Canəli Canəliyev və Məlik Əliyev A.S.Puşkinin Azərbaycan və rus dilində 5 şeirini səsləndirdilər. İncəsənət Gimnaziyasının müəllimləri Rəfiqə Əhmədova, Pərvanə Talıbova və Şərqiyyə Kərimova A.S.Puşkinin yaradıcılığı haqqında maraqlı məlumatlar verdilər.
Telekörpüdə Puşkinin şeirlərinə yazılmış romanslar ifa edildi, maraqlı diskussiya aparıldı.Tədbirin sonunda Yasamal rayon MKS-inin layihəsi əsasında hazırlanmış yazıçı-publisist Zöhrə Əsgərovanın “Здесь ангел пролeтел...” kitabının elektron təqdimatı keçirildi. Tədbirin sonunda Yasamal rayon MKS-inin layihəsi əsasında hazırlanmış Sevinc Ağa Xəlilqızının “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabı iştirakçılara təqdim edildi.

“XXI əsr paytaxt nəşrləri- Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü
“XXI əsr paytaxt nəşrləri- Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü
“XXI əsr paytaxt nəşrləri- Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü
“XXI əsr paytaxt nəşrləri- Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü
“XXI əsr paytaxt nəşrləri- Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar