Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Tarix: 26-12-2018 23:40     Baxış: 3451 A- / A+
Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Abşeron rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar olaraq bu gün Abşeron Rayon Mədəniyyət Mərkəzində geniş tədbir keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssissə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, Aşıq Şəmşirin ailə üzvləri, həmçinin söz-saz adamları iştirak ediblər.
Aşıq Şəmşirə həsr olunmuş filmin nümayişi ilə başalayan tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd edib ki, Abşeronda mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərilir. Bildirib ki, Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün bütün xalqın ürəyində yaşayır. Qeyd olunub ki, İlham Əliyevin 2 aprel 2018-ci il tarixli Sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin bu gün respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunması bütün aşıqlara, saz sənətini yaşadanlara verilən qiymətin bariz göstəricisidir.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan M.Qasımlı bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirib.

Tədbirdə Abşeron rayon Mədəniyyət evinin aşıqları və tanınmış incəsənət xadimləri çıxış edərək saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirərək, ustadın yazdığı şeirləri ifa edib, bir-birindən zəngin saz havaları tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Yubiley gecəsində Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıb
Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

Abşeronda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar