Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anıldı - Beynəlxalq layihələr çərçivəsində

Tarix: 13-12-2018 16:49     Baxış: 2350 A- / A+
 Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anıldı


Manevr.az bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə beynəlxalq layihə əsasında Orenburq vilayətinin Pokrovka modern kitabxanası ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakat hazırlandı. İnteraktiv plakat Udmurt Milli Kitabxanasına, Moskva şəhərinin Qərb İnzibati Dairəsinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə, Orenburq Aqrar Kollecinin kitabxanasına, Ulyanovsk Vilayət Mərkəzi Elmi Kitabxanasına, A.P.Çexov adına Blaqoveşensk Şəhər Kitabxanasına, S.Vurğun adına Kiyev Şəhər Kitabxanasına göndərildi. İnteraktiv plakatdan tədbirlər zamanı istifadə olundu.

İnteraktiv plakatda Ulu öndərin fotoşəkilləri, haqqında yazılmış kitablar və qəbirüstü abidəsini özündə əks etdirən kollajın üzərinə yerləşdirilən interaktiv nöqtələrdə dahi siyasətçi Heydər Əliyev haqqında maraqlı məlumatlar yerləşdirilib.

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakatda 10 interaktiv nöqtə mövcuddur. Nöqtələrin hər biri aktivləşdirilmişdir və orada maraqlı linklərə keçidlər qoyulmuşdur. İnteraktiv plakatın üzərində yerləşən nöqtələrdə aşağıdakı məlumatlar əks olunmuşdur: Azərbaycan xalqının ümummilli lideri haqqında məlumat, Heydər Əliyevin bioqrafiyası, Heydər Əliyev haqqında elektron sənədlər toplusu, Heydər Əliyev Mərkəzi haqqında, “Heydər Əliyev və mədəniyyət”, İsa Həbibbəylinin “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” elektron kitabları, Heydər Əliyevin fəaliyyəti haqqında sənədli film, Heydər Əliyev “Alagöz” mahnısını oxuyarkən, Ulu öndərin həyat yolu (infoqrafika), Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı (məlumatlar Azərbaycan və rus dillərindədir).

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakat https://www.thinglink.com/scene/1128040452402970625 linkdə yerləşdirilmişdir.

Xəbər verdiyimiz kimi, Ulu öndərə həsr olunmuş daha bir interaktiv plakat Yasamal rayonunda fəaliyyət göstərən məktəblərə və məktəbəqədər təhsil müəssisələrinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinə,Respublika Elmi-Tibb və Respublika Elmi-Texniki kitabxanalarına, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Diplomatik Akademiyası Universitetinin kitabxanalarına, Polis Akademiyasının, “Azərbaycan” Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Milli Konservatoriyasının elmi kitabxanalarına, bir sıra şəhər və rayon MKS-lərinə göndərilmişdir. İnteraktiv plakatla https://www.thinglink.com/scene/1127875848339193859 linkdə tanış olmaq olar.

 Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anıldı
 Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anıldı
 Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiya Federasiyasının bir çox kitabxanalarında anıldı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar