Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Musiqi və incəsənət məktəblərinin tədris portalının və regional idarələrin saytlarının təqdimatı keçirilib

Tarix: 28-11-2017 23:13     Baxış: 51 879 A- / A+
Musiqi və incəsənət məktəblərinin tədris portalının və regional idarələrin saytlarının təqdimatı keçirilib


Noyabrın 28-də Yevlax şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının, Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirildi.

Təqdimat mərasimində çıxış edən Əbülfəs Qarayev Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin daha da təkmilləşdirilməsinə xidmət etdiyini dedi. Bildirdi ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizi, onun mədəniyyət və turizmini daha geniş şəkildə təbliğ etməliyik. Bu xüsusda müvafiq internet portallarının önəmi böyükdür. Bununla bağlı mədəniyyət və turizm sahəsində çalışan insanların bilik və bacarıqlarının artırılması istiqamətində işlər də görülməlidir.

Nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı - music.mctgov.az saytı haqqında məlumat verdi. Qeyd etdi ki, portalda ölkəmizin və dünya bəstəkarlarının haqqında məlumatlar, onların əsərlərinin notları və digər informasiyalar yerləşdirilib. Həmçinin portalda ölkəmizdə musiqi sahəsində təhsil sisteminin fəaliyyəti, musiqi və incəsənət məktəblərində tədris, məktəblərə qəbul qaydaları ilə tanış olmaq olar. Ustad dərsləri barədə video materiallar, metodiki vasitələr, musiqi alətləri haqqında məlumatlar da saytda əksini tapıb.

Daha sonra Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin saytları haqqında məlumat verildi.

Bildirildi ki, saytlarda regional idarələrin əhatə etdiyi rayonların mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əks olunub. Saytlarda həmçinin sözügedən regionlarda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı informasiyalara geniş yer verilib.

Diqqətə çatdırıldı ki, ilin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.

Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi üçün tapşırıq və tövsiyələrini verdi.


Musiqi və incəsənət məktəblərinin tədris portalının və regional idarələrin saytlarının təqdimatı keçirilib
Musiqi və incəsənət məktəblərinin tədris portalının və regional idarələrin saytlarının təqdimatı keçirilib
Musiqi və incəsənət məktəblərinin tədris portalının və regional idarələrin saytlarının təqdimatı keçirilib
Musiqi və incəsənət məktəblərinin tədris portalının və regional idarələrin saytlarının təqdimatı keçirilib
Musiqi və incəsənət məktəblərinin tədris portalının və regional idarələrin saytlarının təqdimatı keçirilib


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar