Sizin Reklam Burada
Xəbər lenti
09 dekabr
08 dekabr
BÜTÜN XƏBƏRLƏR

Araz Əlizadənin genetik türk rahatsızlığı...

Tarix: 12-11-2019 20:31     Baxış: 3173 A- / A+
Araz Əlizadənin genetik türk rahatsızlığı...

ASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirləri hamı kimi məndə də çox böyük təəssüf hissi yaratdı. Azar Əlizadə bu fikirləri hələ 2017-ci ildə bir neçə dəfə təkrarlamışdı və araşdırmaçı-tarixçilərdən layiqli cavabını da almışdır.

Məsələyə bir az gec cavab verməmizin nədəni son bir həftə ərzində Avropada (Brüsseldə) Azərbaycanın diaspor və media lobbiçiliyi ilə bağlı həyata keçirdiyimiz layihə ilə bağlıdır. Əslində biz ictimai təşkilatlar olaraq, Araz Əlizadə və onun kimi "millət vəkilləri"nin görməli olduqları işləri görməklə məşğuluq. Araz Əlizadə isə Milli Məclisdə boş-boş oturduğu müddət ərzində nə bir faydalı təşəbbüslə çıxış edib, nədə ki seçicilərin problemlərinin həllində bir yardım göstərib. Bəs Araz Əlizadəni dönə-dönə Nuru Paşa mövzusuna qayıdıb, Türkiyəni ittiham etməsinin kökündə nə dayanır?

Fikrimizcə, Araz Əlizadənin genetik olaraq, şüuraltında bir türk rahatsızlığı var. Bir ay öncə Bakıda baş tutan Türk Şurasının 10 illik yubileyi və bu Şuranın tərkibinin hər keçən il daha dolğunlaşması Araz Əlizadəni rahatsız edir. Həm də o qıcıq yaradan çıxışları ilə İran və Rusiyaya bu rahatsızlığını nümayiş edircəsinə çatdırmağa çalışır. İki il əvvəl də Araz Əlizadə bu mövzunu ortaya atmışdı. Bu həmin vaxtlar idi ki, Azərbaycanla-Türkiyə arasında yaxınlaşma, strateji tərəfdaşlıq pik həddə çatmışdı. Bəlkə də o zaman onun bu münasibətini fikir plüralizmi, fikir müxtəlifliyi kimi dəyərləndirmək olardı. Amma görürük ki, o içərisində bir türk düşmənçiliyi bəsləməkdədir və fürsət düşən kimi qardaş xalqlar arasında nifaq toxumu səpmək, düşmənçilik etməklə məşğuldur. Hesab edirik ki, bu cür açıq-aydın düşmən mövqeyi sərgiləyən bir şəxsin nifrət etdiyi bir xalqın millət vəkili olması da arzuolunan deyil.

İlham İsmayılov,
ATXƏM-in sədri


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar