Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yevda Abramov: “Biz onlara açıq şəkildə deyə bilmirik ki, dur, erməniyə ”kopəkoğlu" de"

Tarix: 15-09-2016 08:43     Baxış: 4517 A- / A+
Yevda Abramov: “Biz onlara açıq şəkildə deyə bilmirik ki, dur, erməniyə



Yevda Abramov: “Biz onlara açıq şəkildə deyə bilmirik ki, dur, erməniyə ”kopəkoğlu
“Dedim, bəs siz yəhudilər niyə yatmısınız?!”


Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov bugünlərdə sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, İsrailin paytaxtı Təl-Əviv və digər şəhərlərdə yaşayan, Azərbaycanın keçmiş vətəndaşları olmuş yəhudilər aprel hadisələrindən sonra artıq tam hazır vəziyyətdədirlər. Deputatla müsahibəni elə bu barədə sualla başladıq:

-Yevda müəllim, bir neçə gün əvvəl demisiniz ki, 80 mindən çox Azərbaycan əsilli yəhudi İsrail hökumətinin başçısına müraciət edərək, Qarabağda Azərbaycanın tərkibində döyüşmək arzusunda olduqlarını bildiriblər. Bu, nə dərəcədə real rəqəmdir və haradan əldə etmisiniz?

- O yoldaşlar ki, bizimlə oturub-dururlar, onlardan eşitmişəm. Onlar bu rəqəmi ona görə deyiblər ki, 80 min keçmiş Azərbaycan vətəndaşı bu gün İsrail vətəndaşıdır. O mənada deyiblər ki, sabah Allah eləməmiş Azərbaycan hər hansı bir təhlükə ilə üzləşsə, yaxud ermənilər sülhlə məsələnin həllinə razılıq verməsələr, məsələ hərb yolu ilə həll olunsa, Azərbaycan dövləti bilsin ki, onun arxasında bu qədər qüvvə var. Srağagün də İsrailin çox tanınmış generallarından biri Mişel Ben-Barux yaxşı bir açıqlama verdi. Dedi ki, lazım gələrsə, ən müasir silahları Azərbaycana satacağıq və bu yaxınlarda ən yeni silah və hərbi texnika nümunələrini Bakıda keçiriləcək müdafiə sərgisində təqdim edəcək.

- Yəhudi lobbisi dünyada kifayət qədər güclüdür. Amma açığı, bu lobbinin Azərbaycana dəstəyi yetərli deyil. Razılaşırsınızmı?

- Sizə maraqlı bir faktı deyim. Təkcə son 2-3 ayda dünyanın çox aparıcı yəhudi icmalarının sədrləri cənab prezidentin qəbulunda olub. Keçən həftə mən də Bahar xanım Muradova ilə birgə İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinteri qəbul etdim. Qubaya da gəldi, məzarlığa da apardıq. Dünən (srağagün-E.P.) də cənab prezident Ümumdünya Yəhudi Konqresinin rəhbəri Ronald Lauderi qəbul etdi. Daha sonra Qubada oldu, soyqırım kompleksinə apardıq və Azərbaycandan çox yaxşı təəssüratla getdi. O, Azərbaycanın, Bakının inkişafından çox da razı qaldığını dedi. Elə şeylər var ki, biz əlimizdən gələni edirik. Bizim sevimli övladlarımız bu işlərdə dəstək verirlər, kömək edirlər, onları şəxsi təyyarələri ilə gətirirlər. Yəni bu lobbiçiliyi qazanırıq və artıq bütün dünyada yaşayan yəhudilər Azərbaycanın haqq səsinə dəstək verirlər.

“Yüz faiz əmin olun ki, İsrail həmişə Azərbaycanın yanındadır”


- Gerçəklik budur ki, dünya gücləri Qarabağın hərbi yolla azad edilməsini istəmir və bir qayda olaraq sülh çağırışları edirlər. Yəhudi lobbisi erməniləri savaş olmadan sülhə vadar etmək üçün hərəkətə keçə bilməzmi? O halda heç 80 min yəhudinin döyüşlərə qatılmasına da ehtiyac qalmaz...

- Bahar xanım (vitse-spiker-E.P.) canlı şahiddir. Mən onlara sərt şəkildə dedim ki, bəzi məsələlərlə bağlı sizdən çox narazıyıq. Dedim, biz sizdən ona görə narazıyıq ki, siz parlamentdə aşağı səviyyələrdə, bir neçə əyalətdə “erməni soyqırımı”nı qəbul etmişiniz, bəs siz yəhudilər niyə yatmışınız?! Axı siz haqq səsinizi qaldıra bilərsiniz. Dedim, mən sizə təzə faktlar verim. 1914-cü ildə ermənilər tərəfindən Türkiyənin həm cənub-şərqində, həm də cənubunda 33 min yəhudi qırılıb. Dedim, Njde Krımda 5 mindən çox yəhudi öldürüb, ona İrəvanda heykəl qoyublar. Siz də İsveçrədə o cür məşhur bir təşkilatın rəhbərləri olaraq biriniz nə mediada, nə başqa vasitələrlə öz haqq səsinizi qaldırmadınız. Dedim, mən bir yəhudi kimi sizə açıq deyirəm, bunu ermənilər qəsdən fikirləşib, bu, Hitler Almaniyası tərəfindən öldürülmüş 6 milyon yəhudinin ruhuna təhqirdir. Əslində ermənilər fars şovinistləri ilə birlikdə bu məsələni ortaya atmaqla dünyada real hadisənin, yəni yəhudi holokostunun imicini aşağı salmağa çalışırlar. Dünyada erməni soyqırımı olmayıb, bu, yalandır, uydurmadır. Mən dünənki qonaqlara da dedim ki, biz hələ Qubadakı məzarlıqda bəzi quyuları açmırıq, orada yüzlərlə adam basdırılıb. Onları saxlamışıq ki, ATƏT-ə daxil olan dövlətlərin arxeoloqları, antropoloqları gəlsinlər, sümük analizlərini götürsünlər və görsünlər ki, burada yalnız azərbaycanlılar yox, ləzgilər, tatlar, yəhudilər də yatır. Daha bunlara bundan artıq nə demək olar? Görüşdən çıxandan sonra düzü narahat oldum, dedim, Bahar xanım, mən bunlarla çox sərt danışdım, sonra yuxarıların xoşuna gəlməz. Bahar xanım dedi Yevda müəllim, əcəb elədin, lap yaxşı dedin. Bunlara deyirik ki, açıq çıxış edib, ermənilərin lobbiçiliyini basın ayağınızın altına, haqq səsinizi qaldırın!

- Yəhudi icmasının nümayəndələri Qubadakı soyqırım məzarlığını görəndən sonra nə deyirlər? Axı yəhudilər özləri də soyqırıma məruz qalıb və bizi yaxşı anlayarlar...

- Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder srağagün Quba məzarlığında olarkən ordakı insan sümüklərini, kəllələrdəki mismarları görəndə ürəyi xarab oldu. Axırda başçı dedi, Yevda müəllim, bu kişi birdən yıxılıb-eləyər, bunu çıxaraq burdan. Gördüm ki, o boyda kişinin rəngi saraldı, çıxartıq, daha soyqırım muzeyinə girməyə ürək eləmədi. Dedim, ATƏT-in sədri də burada özündən getmişdi, yıxılanda qolundan tutdum, Oqtay müəllim dedi, yaxşı ki, tutdun. Mən bu il o məzarlığa on dəfə konqresmen, yəhudi lobbiçiliyinin fəal nümayəndələrini aparmışam.

Bunlar hamısı yəqin ki, təsir vasitələri olacaq. Ancaq biz onlara açıq şəkildə deyə bilmirik ki, erməniyə “kopəkoğlu” de. Özləri başa düşürlər, gəlib Azərbaycandakı tolerantlığı, sinaqoqları görürlər, şahidi olurlar ki, xalq orda rahat şəkildə ibadət edir, hər üç dinin nümayəndələri qardaş kimi mehriban yaşayır. Bundan əlavə, bizim icmanın sədrinə “Şöhrət” ordeni verildi. Demək, bütün bu işlər görülür, qalanı qalır onların insafına. Məncə, bu səfərlərin effekti, əhəmiyyəti olacaq, bunlar qayıtdıqları ölkələrin hökumətlərinə Azərbaycanın haqq səsini çatdıracaqlar.

Amerika yəhudi icmalarının başçısı ABŞ-da çox mötəbər adamdır. Azərbaycana dörd dəfə gəlib, cənab prezidentlə, Oqtay müəllimlə (spikerlə-E.P.) görüşüb. Ronald Lauder isə dünyadakı bütün yəhudi icmalarının başçısıdır. Yəqin ki, cənab prezidentlə görüşdə bütün detallardan danışılıb, mən tam məlumatlı deyiləm. Amma şəxsən mən lazım olan məlumatları çatdırdım.

Azərbaycan diasporuna dəstək həmişə olacaq. Məndəki məlumatlara görə, İsrailin baş naziri Azərbaycana səfər edəcək. Biz də dostluq qrupunun rəhbərini dəvət edəcəyik. O, Azərbaycana gəlmək istəyir. Mən sessiyadan sonra rəsmi müraciət edəcəyəm.

- İsrail dövləti Qarabağla bağlı prosesdə yaxından iştirak edə bilərmi?

- Yüz faiz əmin olun ki, İsrail həmişə Azərbaycanın yanındadır. Dediyim kimi, bu yaxınlarda Azərbaycanda keçiriləcək silah sərgisində İsrail dünyada analoqu olmayan ən son model silahları nümayiş etdirəcək və lazım gələrsə, qarşılıqlı sazişlə həmin silahlar Azərbaycana veriləcək.

- Yeri gəlmişkən, İsrail Azərbaycana müasir silahları güzəştli şərtlərlə satır, yoxsa dünya qiymətinə hesablayır?

- (Gülərək) Mən o detalları bilmirəm. İki ölkə bir-biri ilə strateji müttəfiqlik edir, yəqin ki, güzəşt məsələləri nazirlər səviyyəsində danışılır. O məsələ mənlik deyil. Mənim işim dostluğu yaratmaq, o cığırı açmaqdır.

Elşad PAŞASOY

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar