Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə arvadını öldürən kişi ilə bağlı – Qərar

Tarix: 27-05-2020 11:09     Baxış: 2197 A- / A+
Mingəçevirdə arvadını öldürən kişi ilə bağlı – Qərar


Mingəçevir şəhərində arvadını öldürməkdə təqsirli bilinən Elnur İsayevin barəsinində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Manevr.az xəbər verir ki, Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Elnur İsayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Elnur İsayev Mingəçevir şəhər polis şöbəsinə könüllü gələrək təslim olmuş, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elnur İsayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Mingəçevir şəhər Prokurorluğunda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar