Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda ''Ziko''nu güllələyən şəxs yaxalandı - VİDEO

Tarix: 07-11-2019 23:05     Baxış: 4157 A- / A+
Bakıda ''Ziko''nu güllələyən şəxs yaxalandı - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə olunmaqla ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini əvvəllər məhkum olunmuş Azər Orucov saxlanılıb.

Manevr.az-ın məlumatına görə, cari il avqustun 5-də gecə saatlarında A.Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi "Mersedes” markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan "Vinçester” markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib. Saxlanılan zaman A.Orucov ifadəsində törətdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan rayonunda Kür çayına atdığını bildirib.

Polis bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. A.Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Nərimanov Rayon Polis İdarəsi etmələri xahiş olunur.
Paytaxtın Yasamal polisi isə Roza Beydullayevaya qarşı soyğunçuluq edən şəxsi tutub. Şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartaraq hadisə yerindən qaçıb. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyini boyunbağını satdığını bildirib.

Bu faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar