Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 12 yaşlı şagirdə sataşan direktordan XƏBƏR VAR

Tarix: 01-07-2019 16:53     Baxış: 3134 A- / A+
Azərbaycanda 12 yaşlı şagirdə sataşan direktordan XƏBƏR VAR


Xaçmazda orta məktəbdə 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Gülfərz Alxasov barəsində olan məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.

Manevr.az unikal.org-a istinadən xəbər verir ki. Ali Məhkəmədə keçiriləcək prosesdə iyulun 2-nə təyin edilib.

Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2017-ci il Xaçmaz rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü G.Alxasov həmin məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinərək həbs edilib. O, 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə G.Alxasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu gündən, yəni 1 noyabr 2017-ci il tarixdən hesablanması qərara alınıb. Hökmdən narazı qalan G.Alxasov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. Sabiq məktəb direktoru kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra G.Alxasov kassasiya şikayətini geri götürüb. Bu səbəbdən də kassasiya şikayəti baxılmamış saxlanılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar