Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əmisi gəlinini qaçırdığı üçün öldürülən oğlanla bağlı – Yeni xəbər

Tarix: 12-12-2018 10:42     Baxış: 3186 A- / A+
Əmisi gəlinini qaçırdığı üçün öldürülən oğlanla bağlı – Yeni xəbər

Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunaraq həbs edilən Zabit Yolçiyevin həbsdən azad edilməsi barədə verdiyi vəsatətə baxılıb.


Manevr.az
xəbər verir ki, Quba rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Zabit Yolçiyevin vəsatəti üzrə qərar elan edilib.

Məhkəmə vəsatəti əsassız hesab edib və rədd olunması barədə qərar verib.

Qeyd edək ki, Quba rayon Məhkəməsinin qərarı ilə qaçırılan gəlinin əri Şahmar Əsədov, gəlinin atası Sadiq Dadaşov, onun qohumları Zabit Yolçuyev, Mətləb Muradov, Pərviz Əsədov və Nazim Mikayılovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Quba rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqancliq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb.

Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

Cinayəti törədən şəxslər polis və prokurorluq əməkdaşları tərəfindən yaxalanıb.

Onu da əlavə edək ki, istintaq gedişi zamanı kəndin 100-ə yaxın sakini istintaqa cəlb olunub, dindirilib, saxlanılabnların sayının 10-a yaxın olduğu bildirilir.teleqraf.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar