Sizin Reklam Burada
Xəbər lenti
30 sentyabr
29 sentyabr
28 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Şair-jurnalist Nisə Heydərli vəfat etdi

Tarix: 08-08-2020 22:22     Baxış: 31122 A- / A+
Şair-jurnalist Nisə Heydərli vəfat etdi

Sumqayıt mətbuatına və ədəbi mühitinə ağır itki üz vermişdir.

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, bir sıra yaradıcılıq müsabiqələrinin qalibi, istedadlı şairə, tanınmış jurnalist Nisə Şəmsi qızı Qədirova (Nisə Heydərli) 7 avqust 2020-ci il tarixindən 8 avqust tarixinə keçən gecə zalım və amansız xəstəliklə uzun və gərgin mübarizədən sonra ömrünün 53-cü ilində dünyasını dəyişmişdir.

Nisə xanım Heydərli 1967-ci ildə Şabran (Dəvəçi) şəhərində dünyaya göz açıb. Orta təhsilini də bu müqəddəs məkanda alıb. Şeir və məqalə yazmağın, mətbuat səhifələrində dərc olunmağın ilk sevincini də burada yaşayıb. İlk şeirləri qəzetdə işıq üzü görəndə cəmi 13 yaşı vardı ki, bu da 1980-ci ilə təsadüf edir. Sonra məktəbdə keçirilən tədbirlərdən bəhs edən kiçik məqalələri dərc olunmağa başlayır. Bu əlaqələr bir müddət sonra əməkdaşlığa çevrilir – istedadını, hadisələrə obyektiv və operativ münasibətini görüb Nisə xanımı rayonda dərc olunan “Qurucu” qəzetinə ştatdankənar müxbir kimi işə qəbul edirlər.
Orta məktəbi bitirdikdən sonra tələbəlik illəri başlayır. Elə bu illərdə də ailə həyatı qurması səbəbindən Sumqayıt şəhərinə köçür və bu şəhəri özünə tale şəhəri seçir. Ailə həyatı ilə əlaqədar bir müddət mətbuatdan və ədəbi mühitdən uzaq düşsə də yaradıcılığını davam etdirən şairə 2007-ci ildə “Dərdiyim bənövşə” adlı ilk şeirlər kitabı ilə oxucuların görüşünə gəlir.
2008-ci ildə “Möhtəşəm Azərbaycan” qəzetinə redaktor təklifi alan Nisə xanımın fəal və gərgin yaradıcılıq illəri başlayır, 100-lərlə bir-birindən maraqlı ədəbi və publisistik yazıları həm redaktoru olduğu “Möhtəşəm Azərbaycan” qəzetində, həm digər qəzet və saytlarda, həm də bir sıra toplularda dərc olunmağa başlayır. Eyni zamanda gərgin axtarışlarının və istedadının bəhrəsi olaraq növbəti – “Nöqtələr”, “Bir taxt qurmuşam ölümə” adlı şeir kitabları, “Bəyaz ömür”, “Qadın dünyası” (I-V cildlər), “Əlli ilin işığında”, “İstedad sorağında”, “Sumqayıt təhsilinin flaqmanı” və “Corat məktəbi – üç əsri qovuşduran elm məbədi” adlı publisistik kitabları oxucuların ixtiyarına verilir.
Ötən dövr ərzində əzmkarlığı ilə çalışdığı kollektivdə, səmimiyyəti ilə jurnalistlər, şair və yazıçılar arasında dərin hörmət qazanan və nüfuz sahibinə çevrilən Nisə Heydərlinin zəhməti həm Jurnalistlər Birliyi, həm də şəhər rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, “Müqəddəs qələm” diplomu, fəxri fərman və qiymətli hədiyyələrlə dəyərləndirilmişdir.
Biz – Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının qeydiyyatında olan bütün üzvləri Azərbaycan ədəbiyyatında və mətbuatında xanım yazarlar arasında öz dəsti-xəttilə seçilən şairə, istedadlı jurnalist Nisə Şəmsi qızı Qədirovanın (Nisə Heydərli) vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumənin ailəsinə, yaxınlarına, əzizlərinə, doğmalarına dərin hüznlə başsağlığı veririk.
Nisə xanım Heydərlinin əziz və unudulmaz xatirəsi onu sevənlərin – yaxınlarının, əzizlərinin, doğmalarının, qələm dostlarının, məsləkdaşlarının qəlbində əbədi yaşayacaqdır.
Nisə xanım ata ocağı Şabran şəhərində dəfn olunmuşdur.
Ruhuna dərin ehtiramla,
Rafiq Oday, Qüdrət Məlikov, Əşrəf Veysəlli, Eyruz Məmmədov, Rəhman Orxan, Hacı Cəfər Həkim, Zümrüd Baloğlanova, Namiq Dəlidağlı, Əli Nəcəfxanlı, Asif Asiman, Sübhan Quliyev, Firdovsi Cəfərxan, Avtandil Ağbaba, Fuad İslamoğlu, Ucal İldırım, Mədaxil Cavadlı, Ağalar İdrisoğlu, Vüqar İltifatoğlu, Elman Telmanoğlu, Sübhan Arifoğlu, Əli Rafiq, Şəfa Əliyev, İldırım Dəmirli, Rəfail Laçınlı, Natiq İsmayıloğlu, Ətrabə Rzayeva, Çinarə Vaqif, Suliko Daqarquliya, Rahilə Veysəlli, Alı Səfolu, Mərcan Sabirqızı, Ruhiyyə Bahar, Aygün Hacıyeva, İlhamə Məhəmmədqızı, Lilpar Cəmşidqızı, Rəna Təbəssüm, Səidə Qardaşxanlı, Sevinc Qərib, Rahilə Hüseynova, Kəmalə Pirəsədli, Akif Həsənov, Qafqaz Əvəzoğlu, Eldar Xanlaroğlu, İbrahim Abdullayev, Nizami Kolanılı, Elcan Oruclu, Fərhad Nəhmətoğlu, Asif Hüseynoğlu, Namiq Məmmədli, Ağasəf Əhmədov, Qorxmaz Türk İsrafiloğlu, İlqar Həbibi, Ələddin Əmirli, Rasim Zamanov, Kamran Murquzov, Kənan Aydınoğlu

ALLAH RƏHMƏT ELƏSİN!

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar