Sizin Reklam Burada
Xəbər lenti
09 iyul
08 iyul
07 iyul
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurasından jurnalistlərə MÜRACİƏT – "koronavirusla bağlı lağlağılar paylaşılır"

Tarix: 16-06-2020 15:21     Baxış: 4822 A- / A+
Mətbuat Şurasından jurnalistlərə MÜRACİƏT – "koronavirusla bağlı lağlağılar paylaşılır"


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün Facebook hesabında koronavirus təhlükəsi ilə bağlı Azərbaycan jurnalistlərinə müraciət ünvanlayıb.


Manevr.az sözügedən müraciəti təqdim edir.

"Əziz dostlar, tanınmış fotojurnalist, “Azərbaycan” qəzetinin əməkdaşı Fərman Bağırov koronavirus bəlasından dünyasını dəyişən ilk Azərbaycan jurnalistidir. Bu xəstəliyə yoluxan media nümayəndələrimiz var. Sevindirici haldır ki, onların sırasında sağalanlar çoxdur. Hər bir halda onu nəzərə alaq ki, Fərman müəllimin vəfatı jurnalistlər üçün siqnal olmalıdır.

Azərbaycan Mətbuat Şurası indiyədək jurnalistlərin koronavirus dövründə fəaliyyətinin müxtəlif aspektlərinə toxunan tövsiyələr hazırlayıb, çağırışlar edib. Həmin tövsiyə və çağırışlarda əsasən iki məqama diqqət yetirmişik.

1. Jurnalistlərin təhlükəsizliklərinin qorunması. Burada redaksiya rəhbərlərinə peşə vəzifələrini həyata keçirmək üçün müxtəlif yerlərə göndərdikləri jurnalistlərin gigiyena qaydalarına riayət etmələrinə ciddi nəzarət həyata keçirmələri əsas götürülüb. Eyni zamanda jurnalistlər özləri də qoyulan qaydalara əməl etməlidirlər, hər hansı laqeydlik yolverilməzdir.

2. Jurnalistlərin koronavirusla bağlı həssas davranmaları. Biz müxtəlif vaxtlarda ayrı-ayrı sosial şəbəkə profillərində, xəbər saytlarında virusla əlaqədar sensasiyon xarakterli fikirlərin, dezinformasiyaların yayıldığını görürdük. Bildirirdik ki, insanları təlaş içərisində saxlamaq, ruh düşkünlüyü yaratmaq qətiyyən yolverilməzdir. Bu fikri yenə də vurğulayırıq.

Ancaq son vaxtlar müşahidə edilən tendensiya ondan ibarətdir ki, bəzi sosial şəbəkə profillərində koronavirusla bağlı əsasən lağlağılar, xəstəliyin miqyasını kiçildən bilgilər paylaşılır. Bu yolla sanki ona əhəmiyyətsiz yanaşma təlqin edilir ki, belə münasibət də təhlükəlidir, qurbanların və yoluxanlarını sayını indiki həddən də yüksək edə bilər.

Azərbaycan Mətbuat Şurası bir daha jurnalistlərə müraciət edərək onları koronavirus pandemiyası ilə bağlı ancaq həqiqətləri qələmə almağa, reportaj, müsahibə hazırlayarkən faktlara istinad etməyə, yoxlanılmış, cəmiyyət tərəfindən qəbul olunan ekspertlərə üz tutmağa çağırır. Kütləvi informasiya vasitələrinin əməkdaşları hazırkı çətin şəraitdə maarifləndirmə işinə həssas yanaşmalıdırlar.

Təbii ki, virusun qarşısının alınması istiqamətindəki fəaliyyət də digər işlər kimi nöqsansız deyildir. Ancaq nöqsanları diqqətə çatdırmaq istəyi vətəndaşlarda ümüdsüzlük, etibarsızlıq aşılamamalı, inam yaratmalıdır. Mətbuat Şurası jurnalistlərdən məhz bu cür peşəkar yanaşma gözləyir.

KİV-lərimizin yaydıqları informasiyalar cəmiyyətin müxtəlif təbəqələrində məsuliyyət hissini artırmalıdır. Təkrarən bildiririk ki, mövcud istiqamətdə yol verilmiş qeyri-ciddilik, etinasızlıq ümumilikdə cəmiyyətə mənfi təsirini göstərməkdədir. Koronavirus təhlükəsinə qalib gəlməyimiz üçün isə belə mənfi təmayüllərdən qurtulmağımız mütləq şərtdir".

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar