Sizin Reklam Burada
Xəbər lenti
25 yanvar
24 yanvar
BÜTÜN XƏBƏRLƏR

Amerikadan ermənilərə “soyuq duş” - "Erməni soyqırımı"na Senatda niyə veto qoyuldu? — TARİXÇİ PROFESSORUN TƏHLİLİ

Tarix: 06-12-2019 17:28     Baxış: 374 A- / A+
Amerikadan ermənilərə “soyuq duş” - "Erməni soyqırımı"na Senatda niyə veto qoyuldu?

ABŞ Senatında “erməni soyqırımı” qanununa 3 dəfə veto qoyulub. Mətbuatın yazdığına görə bu dəfə respublikaçı senator Kevin Kramer “erməni soyqırımını” tanınması qərarının səsverməsini veto edib. Bundan əvvəl senatorlar Lendsi Qrem və Devid Perdue “soyqırımı” qərarını veto edib. Türkiyənin ABŞ-la münasibətinin pisləşməsindən sevinən erməni lobbisinin növbəti dəfə Vaşinqtonda qondarma soyqırımı rəsmiləşdirməyə çalışması cəhdi uğursuzluğa düçar olub. Bu, onu göstərir ki, praqmatik siyasət lobbi gücünü üstələyib.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı ölkə.az-a açıqlama verən tarixçi professor Fəzail İbrahimli deyib ki, hələ ötən əsrin 20-ci illərində İtaliyanın baş naziri Francesko Nikkonun belə fikir var. “Avropa ölkələri nə zaman Türkiyədən nəsə qoparmaq və yaxud nəyisə vermək istəməyəndə, uydurma erməni soyqırımı yada düşür. Bax, bu gün də həmin düşüncə tərzi ABŞ-da hökm sürməkdədir. “Soyqırım” məsələsi necə oldu ki, yada düşdü. Təbii ki, ABŞ-ın Türkiyənin küncə sıxıb, istədiyini ona diqtə etdirmək üçün bu addımı atıldı. ABŞ-ın bu məsələdə sərgilədiyi mövqeyin tarixinə nəzər salsaq, o zaman bunun kökünün 1918-ci ilə gedib çıxdığını görərik. Hələ 1920-ci ildə ABŞ prezidenti Vilson erməni “soyqırım”ı ilə bağlı siyasi qərar vermək istəyir, ancaq əlində əsas olmur. Amerika Prezidenti Vilsonun rəhbərliyi ilə Türkiyəni dünya ictimaiyyətinin nəzərindən salmaq, rüsvay etmək və ermənilərin çirkin istəyini reallaşdırıb özlərinin siyasi qərarlarını gerçəkləşdirmək üçün bir missiya təşkil edərək Anadoluya göndərdilər. General Harvordun rəhbərliyi altında fəaliyyətə başlayan missiya Harvord missiyası kimi tarixə daxil olub. Missiyanın tərkibində digər komissiya üzvləri də var idi. Artur Saferlan, Naylon və digərləri. İstədikləri nəticəni əldə edə bilmək üçün qəbirdən ölən insanları çıxararaq yoxlayan missiya üzvləri istədikləri nəticə ilə qarşılaşa bilmirlər. Bu, onların siyasi istəklərini ödəmədi və məlum oldu ki, ölənlər ermənilər deyil, əksinə, ermənilərin öldürdükləri türklərdir. Ona görə də Harvord Missiyasının verdiyi qərar heç bir sübut olmadığı üçün tarixin arxivinə atıldı.

ABŞ arxivi araşdırılarsa və o zaman Harvord misisiyasının sənədləri üzə çıxsa, ermənilər peşmançılıqla üzləşərlər. Təəssüf ki, sənədlər məxfi sənədlər kimi gizlədilir. Bax, məsələ o zamandan gündəmdədir. Türkiyəni əzmək”- deyə F.İbrahimli deyib.

Son hadisəyə gəldikdə isə F.İbrahimli deyib ki, bu da son illərdə Türkiyənin müstəqil siyasət yürütməsi, Rusiya ilə yaxınlaşması, ondan ən müasir silahlar alması, Suriya məsələsində fərqli və düzgün mövqe nümayiş etdirməsi ilə bağlıdır. “Ona görə də ABŞ Türkiyəni yenə də “erməni soyqırımı” kartından istifadə edib geri otuzdurmaq istədi, ancaq istəyinə nail ola bilmədi. Gördülər ki, Türkiyəni qorxutmaqla nəyəsə nail olmaq mümkün deyil. Nəticədə bu iddiadan vaz keçmək zorunda qaldılar. Əksinə gördülər ki, bu yolla Türkiyəni özlərindən daha çox uzaqlaşdırırlar. Türkiyənin uzaqlaşamsı isə NATO-nun cənub-şərq cinahında ciddi problemlərə yol aça bilər. Bütün hallarda Türkiyə NATO üzvü olduğundan, onun incitmək, küsdürmək olmaz. Odur ki, ABŞ məcburiyyət qarşısında qalıb Konqresdə “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara Senatda veto qoydurdu. Bununla da “erməni qoyqırımı” bir sabun köpüyü effektini verdi”- F.İbrahimli qeyd edib.
Professor onu da bildirib ki, bu məsələdə Azərbaycan hər zaman Türkiyənin yanında olub və bundan sonra da olacaq: “Azərbaycan və Türkiyə hər zaman bir birlərinin yanında olub və olacaqlar. Yadınızdadırsa, Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğan olmayan tədbirdə Türkiyə ünvanına səsləndirilən fikrə reaksiya verərək demişdi ki, Türkiyə burada yoxdursa da, mən burdayam. Türkiyə də hər zaman Azərbaycanın yanında olub və müdafiə edib. Türkiyə bütün platformalarda Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bax ,bu, iki ölkə arasındakı münasibətlərin düsturudur. Türkiyəyə qarşı atılan bütün addımlar bizə qarşıdır, bizə qarşı olan münasibət də Türkiyiyə qarşıdır. Hesab edirəm ki, bu birlik məğlubedilməzdir və haqq-ədalət sonda qələbə çalacaq”.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar