Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi

Tarix: 03-12-2019 15:20     Baxış: 4525 A- / A+
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi

Bu gün Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə İctimai Şuranın rəhbərliyi, üzvləri, təhsil ekspertləri və KİV nümayəndələri iştirak ediblər. Şuranın sədri, professor Şahlar Əsgərov təhsilin cəmiyyətə təsirindən və inkişaf yolunda bu amilin mühüm rolundan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayan professor təhsilin inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırdı

İctimai Şuranın sədr müavin Nadir İsrafilov, məsul katibi İlqar Orucov, şura üzvü Etibar Əliyev və digərləri çıxış edərək, təqdim olunacaq sənəd haqqında öz fikirlərini bildirdilər, jurnalistlərin suallarını cavablandırdılar.

Çıxışların ardından İctimai Şuranın Fəaliyyət Planı təqdim olunub. Qeyd ounub ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı” şura üzvlərinin iştirakı ilə hazırlanıb və şuranın iclasında geniş müzakirə olunaraq qəbul edilib. Fəaliyyət Planı şuranın cari tədris ilində icra edəcəyi işləri özündə əks etdirir. Fəaliyyət Planı beş istiqaməti əhatə edir və sənəddə hər bir istiqamət üzrə planlaşdırılan fəaliyyət növləri müəyyənləşdirilib. Sənəddə, həmçinin, Təhsil Nazirliyinin və onun qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, Təhsil Nazirliyi və onun yerli idarəetmə orqanlarının fəaliyyətində aşkarlıq və şəffaflığın təmin olunması, təhsil sahəsində siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların maraqlarının öyrənilməsi, təhsil subyektlərinin qanuni maraqlarının təmin və müdafiə edilməsi məsələləri, birgə əməkdaşlıq və əlaqələndirmə tədbirləri əksini tapıb."

Konfransda təhsillə bağlı geniş müzakirələr aparılıb, təkliflər verilib, suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şura "İctimai Təşkilatçılıq Haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun "Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında" 11 iyul 2019-cu il tarixli əmri ilə yaradılmışdır.

Manevr.az
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi

Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi
Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi

Təhsil Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planı təqdim edildi


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar