Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tural Turan- 30- Şeirlər

Tarix: 28-10-2019 19:26     Baxış: 2301 A- / A+
Tural Turan- 30- Şeirlər

Bu gün müasir Azərbaycan ədəbiyyatının yeni nəsil nümayəndələrindən olan, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Tural Turanın anadan olmasının 30 illiyidir.

Manevr.az bu münasibətlə Tural Turanı təbrik edir və yeni şeirlərini oxucuların ixtiyarına verir:

***
Hər kəs vaxtından əvvəl ölür,
təkcə tanrılar doğulur vaxtından əvvəl.
Ölmə, qəbrini qurban demişəm
sonuncu nəfəsinə...
Ölsən gülüşlərimi həbs edəcəklər.
Qulaq as qəlbinin səsinə - ölmə!

Üşüyürsənsə,
bütün körpələrin baxışlarını
əyninə geyindirim,
ya da
bütün tabutları yandırım, ölmə!..
Ölsən Tanrı da can verəcək
Şah damarında...
Bir qəbirlik məsafə nədir ki, ölmə...

Azadlığın ən gözəli


Təklik qatar səsinə diksinməkdi,
naməlum bir məzar daşı üstə yuxulamaqdı.
Bəzən də qəbrini yuxuda görməkdi...
Dostunun nişan üzüyünü götürüb
öz bəlgənə, nişanına getməkdi.
Təklikdən o yana tənhalıq var hələ;
Məsələn, adamlardan qaçıb
itlərə-pişiklərə sığınmaq kimi...
Yatmaqdan zəhləm gedir,
daha bezmişəm
təkkameralı otaqlarda boğulmaqdan.
Azadlığın ən gözəli
qan-tər içində yuxudan oyanıb
Azadlıqda olduğunu görməkdir...

Mən yollarsız da yeridim


Mən yollarsız da yeridim,
Keçib getdim qəbrimin üstündən...
Alın yazımdakı yolumun üstündən;
Atladım ölümün üstündən.
Mən uzaqlaşdıqca dirildim.

Tanrılığa çatmaq idi mənimki,
Ondan sonra
tanrı yüz öldürsün, min diriltsin, nəyimə ki?!.

Yol boyu, yol boyu
sözləri adam bilib dərdləşdim.
Sözlərin boynunu qucaqladım gecələr.
Anladım ki,
insanlar tanrıdan öncə sözü yaradıb.
Anladım ki,
Tanrının boynu, sözün boyu...

Mən yollarsız da yeridim,
Baxdım ki,
anamın "üstünlə getsin" dediyi o Tanrı arxamca gəlir.

Tural Turan

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar