Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin növbəti yalanı üzə çıxdı: Abrahamyanın öldürmək istədiyi türk idmançı deyilmiş - AÇIQLAMA

Tarix: 08-10-2019 15:51     Baxış: 5299 A- / A+
Ermənilərin növbəti yalanı üzə çıxdı: Abrahamyanın öldürmək istədiyi türk idmançı deyilmiş - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, erməni idmançı Rafael Abrahamyan MMA döyüşündə türk rəqibi Batuhan Akdumanı boğaraq öldürmək istəyib.

Rusiyanın Samara şəhərində keçirilən GFC-18 turnirində Rusiyanı təmsil edən erməni Rafael Abrahamyanla türkiyəli Batuhan Akduman üz-üzə gəlib.

Videodan göründüyü kimi, erməni idmançı türk rəqibini boğma fəndi ilə məğlub edir. Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb.

Görüşün hakimi hətta onları ayırmağa çalışsa da, erməni idmançı rəqibini boğmaqda davam edib. Nəticədə, Batuhan Akduman huşunu itirib. Onun köməyinə həkimlər gəlib. Yalnız həkimlərin müdaxiləsindən sonra türk idmançını özünə gətirmək mümkün olub.

Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, erməninin öldürmək istədiyi Batuhan məsələylə bağlı açıqlama verib. O bildirib ki, erməni döyüşçü ilə üz-üzə gəlməyib. Yayılan məlumat Ermənistan mətbuatının uydurmasıdır: "Mən Rusiyada Abrahamyanla qarşılaşmamışam. Onun döydüyü şəxs Türkmənisan idmançısıdır.

O bildirib ki, xəbərdən sonra Abrahamyana zəng edib: "Mən ona zəng etdim və dedim ki, əgər cəsarətin varsa, gəl görüşək. Sən kimsən ki, məni öldürmək istəyirsən. Onu 15 dekabrda döyüşə çağırmışam. Həmin döyüşdə Abrahamyan 2-ci raundu görməyəcək. Hətta dedim ki, istəyirsən Yerevanda görüşək".

Batuhan deyib ki, Azərbaycanda Mübariz İbrahimov necə qəhramandırsa, Abrahamyan da bu xəbərdən sonra Ermənistanda o cür qəhrəman olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar