Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ

Tarix: 17-08-2019 09:18     Baxış: 3175 A- / A+
Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ

1992-ci il martın 24-də ATƏM-in (indiki ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yaradılıb. Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Ona görə, Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

Bəs maraqlıdır, son zamanlar bu icmanın fəaliyyəti hansı səviyyədədir?

Manevr.az xəbər verir ki, ünvanlanmış sual haqqında modern.az-a Milli Məclisin üzvləri danışıblar.

Deputat Rasim Musabəyov icmanın fəaliyyətinin xarici ölkələrdə vüsət almasının tərəfdarıdır:
“Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyinə professional diplomat gətirildi. Azərbaycanın daxilində icmanın fəaliyyəti aktiv olmasa belə, hər birimiz Qarabağ problemi ilə yaşayırıq, torpaqlarımızın işğaldan azad edilməsini arzulayırıq. Vacibdir ki, Qarabağın azərbaycanlı icmasının səsini dünya eşitsin. Bu baxımdan, rəhbərliyə gələn gənc diplomatın fəaliyyətini artırdığını düşünürəm. Sonuncu olaraq, Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatları, çıxışları ilə bağlı Qarabağ icmasının da müəyyən müraciətləri səsləndirildi. Ola bilər, xariclə bağlı da başqa fəaliyyətiləri olsun”.
Milli Məclisin digər üzvü Çingiz Qənizadə isə icmanın fəaliyyətini qənaətbəxş hesab etmir:
“Qarabağın azərbaycanlı icmasının aktiv fəaliyyətini hələ ki, hiss etmirəm. Aradabir icma sədrinin bir neçə cümləlik bəyanat verməsi ilə məsələ bitmir. Aktiv fəaliyyəti, xaricdəki əlaqələrin işə salınması, aksiyaların keçirilməsi, beynəlxalq təşkilatlara müraciətlər və s. görə bilmirəm. Ermənistan tərəfinin hansısa yaramaz hərəkətinə qarşı bəyanat verməklə icmanın fəaliyyətini məhdudlaşdırmaq olmaz. İcmadakı əməkdaşların əksəriyyəti bizim dostlarımızdır. Amma Qarabağı hamımız hər şeydən çox istəyirik. Ona görə, aktiv əməli fəaliyyət göstərib, Ermənistan tərəfinin cavabını vermək vacibdir. 1-2 cümləlik bəyanatlar şəxsən məni qane etmir”.
Deputat Aqil Abbas isə Dağlıq Qarabağın azərbaycanlı icmasına dəstək göstərilməsini vacib hesab edir:
“İcmanın rəhbərliyinə cavan, savadlı kadr gətirildi. O, çalışır. Biz də icmaya dəstək verməliyik. Amma təəssüf ki, hamımız dəstəkləmirik. Qarabağın azərbaycanlı icmasının diaspor kimi xaricdə nümayəndəlikləri olmalıdır. Hətta mən deyərdim ki, Dağlıq Qarabağı tanıtmaq üçün azərbaycanlı icmasının az qala hər ölkədə bir “səfirliyi” açılmalıdır. Xüsusilə, böyük ölkələrdə, Amerika, Fransa, Rusiya, Böyük Britaniya və s. dövlətlərdə Qarabağı bu qurum vasitəsilə tanıtmaq lazımdır”.

Təklifin maliyyə təminatına gəlincə, A. Abbas hesab edir ki, buna yetəcək maddi imkanımız var:
“Niyə iş adamları bu cür təşəbbüslərə kömək etmək istəmirlər? Azərbaycanda bu qədər şirkətlər var, onlar qazandıqlarının 1 faizini Qarabağ icmasına versələr, o pulla ordu da yaratmaq olar”.
Qeyd edək ki, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Hazırda Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyevdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar