Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“13-cü qurultayda AYB sədrliyinə namizədliyimi irəli sürəcəyəm” – Tural Turan

Tarix: 07-08-2019 14:38     Baxış: 2245 A- / A+
“13-cü qurultayda AYB sədrliyinə namizədliyimi irəli sürəcəyəm” – Tural Turan
Son günlər AYB üzvü, Prezident təqaüdçüsü, gənc şair Emil Rasimoğlunun Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında namizəd olacağını açıqlaması ölkə mediyasında eləcə də ədəbi cameədə müxtəlif səpkili müzakirələrə səbəb olub.

Manevr.az xəbər verir ki, E. Rasimoğlundan sonra daha bir gənc şair Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında namizəd olacağını açıqlayıb.

“Hazırkı sədr və onun komandası gənc yazarların beynəlxalq aləmdə, dünyada tanıdılması üçün heç nə etməyib. Xaricdə hər hansı tədbir olarsa üç-beş eyni simalar adamlar gedir. Azərbaycanın həmin adamlardan başqa istedadlı yazarları yoxdur? Var. Amma kölgədə qalırlar. Prezident təqaüdü istisna olmaqla gənclər üçün heç nə edilməyib. Xarici ölkələrdə kitabları çap olunmayıb. Halbuki prezident 800 min manat bir, daha sonra da 3 milyon manat ayırıb. Bəs bu pullar hara xərclənib? Hesabatı da verilməyib. Bütün bunları nəzərə alaraq AYB-də yeni idarəetməyə ehtiyacın olduğunu görürəm. Düşünürəm ki, bütün problemlərin öhdəsindən gələrəm. Ona görə də 13-cü qurultayda namizədliyimi irəli sürəcəyəm”.

Bu sözləri Modern.az-a açıqlamasında Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, şair Tural Turan deyib.
AYB Gənclər Şurasının üzvü bildirib ki, qurultay öncəsi namizədlik platformasını açıqlayacaq:

“Hələ indidən platformamı açıqlamaq istəmirəm. Tezdir. İndi əsas məsələ namizədliyimiz təsdiqlətməkdir. Xalq yazıçısı Çingiz Abdullayevin, Xalq şairi Fikrət Qocanın açıqlamalarından belə gördüm ki, onlar bu dəfə də gəncləri namizəd kimi görmək istəmirlər. Çünki çəkinirlər. Axırıncı qurultaydan üzübəri gənclərin dünyada tanıdılması üçün heç nə edilməyib. Kitabları xarici dillərə tərcümə olunmayıb. Halbuki üzvü olduğum qurumun buna maddi imkanları da çatır. Ən yaxşı halda Çingiz Abdullayevin, Anarın, nisbətən gənc sayıla biləcək Səlim Babullaoğlu əfəndinin kitabları xarici dillərdə yayımlanıb. İmzaları tanıdılıb. Təbii ki, bunlar sevindirici məqamlardır. Özü də Azərbaycan poeziyası adına. Amma əksər istedadlı gənclər bu kimi uğurlardan kənarda qaldı. İndi Azərbaycanın ən gənc yazarları heç qonşu Gürcüstanda, Türkiyədə də tanıdılmır. Halbuki, AYB-nin bu ölkələrin yazıçılar birlikləri ilə çox yaxşı əlaqələri var. Maliyyə məsələsi də bəhanə edilə bilməz. Çünki ölkə başçısı yuxarıda qeyd etdiyim kimi, AYB-yə vaxtaşırı olaraq pul ayırır. Özü də külli miqdarda. Ən azından 800 min manata 10 yazıçının kitabını müxtəlif xarici dillərdə çap etmək olardı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar