Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu niyə 7 aydır ki, boşdur?

Tarix: 23-07-2019 12:22     Baxış: 397 A- / A+
Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu niyə 7 aydır ki, boşdur?

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sədr təyinatı 7 aydır yubanır. Belə ki, bu il yanvarın 15-də Arif Alışanov həmin vəizfədən azad olunub və sədr səlahiyyətlərinin icrası Rövşən Məmmədova tapşırılıb.

R.Məmmədov sədr müavinidir.

Bəs 7 aydan çoxdur Dövlət Teleradiosuna rəhbər təyinatı niyə yubanır?

Manevr.az-ın məlumatına görə, R.Məmmədov sədr vəzifəsinin icrasına başladıqdan sonra qurumda kütləvi ixtisarlar aparıb, o cümlədən, bir çox önəmli postlara yeni təyinatlar gerçəkləşdirib.

Edilən dəyişiliklər artıq dövlət televeziyasının efirində də öz əksini tapmaqdadır. Verilişlərin formatından tutmuş, məzmununa qədər baş verən müsbət yeniliklər R.Məmmədovun "sınaq müddəti"ni uğurla keçdiyini göstərir.

Qeyd edək ki, hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı postundan kənarlaşdırıldıqdan sonra o vaxt Səbayel rayonunun icra başçısı Eldar Əzizov meriyada müavin postuna gətirilmiş, Əzizov isə bir neçə ay ərzində həm də mer səlahiyyətlərini icra etmişdi.

Yalnız bundan sonra onun H.Abutalıbovun "varisi" olması rəsmiyyət qazanmışdı.

Bu təcrübədən çıxış edənlər, Az.TV-dən qalmaqallı xəbərlərin gəlməsinə baxmayaraq, Arif Alışanovun sələfinin də məhz hazırda sədr səlahiyyətlərini icra edən R.Məmmədov olacağı ehtimalını kifayət qədər yüksək qiymətləndirirlər.

Lakin Az.TV-nin yeni sədrinin sürpriz şəxs olması da istisna edilmir. Belə ki, həmin posta başqa iddialıların da olduğu, sədr təyinatının da elə bu səbəbdən gecikdiyi barədə iddialar dolaşır.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar