Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Türkiyə-AB gərginliyi müvəqqətidir" - Millət vəkili

Tarix: 27-11-2016 10:56     Baxış: 5329 A- / A+
"Türkiyə-AB gərginliyi müvəqqətidir"


Türkiyə-AB münasibətlərində olan gərginlik müvəqqəti xarakter daşıyır.

Bu sözləri millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olan, təcavüzə və beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasına öz sərt reaksiyasını bildirən, ərazilərimiz işğal olunduqdan sonra Ermənistana beynəlxalq normalara uyğun sanksiya tətbiq edən ölkədir:

“Son vaxtlar Türkiyə Azərbaycanla birgə çox nəhəng strateji layihələri həyata keçirir, Şərq və Qərbi birləşdirən enerji və nəqliyyat dəhlizi yaradıb. Hər iki ölkənin Avropanın enerji təhlükəsizliyində böyük rol oynaması bu gün strateji və qardaşlıq münasibətlərinin güclü olmasından xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, Türkiyə bundan sonra da onunla tələblər dili ilə danışmağı qəbul etməyəcək:

“Avropa Birliyinin uzun illərdir qapılarını Türkiyəyə bağlaması və öz iddialarını ortaya qoyması təəssüf doğurur. Zənnimcə, son zamanlar yaranan AB-Türkiyə münasibətlərində olan gərginlik müvəqqəti xarakter daşıyır. Bu təşkilatda vahid birlik formalaşmayıb. Türkiyə böyük və nüfuzlu dövlət olduğuna görə də onunla hansısa tələb dilində danışmağı qəbul etmir və bundan sonra da etməyəcək”.

Qeyd edək ki, noyabrın 24-də Avropa Parlamenti Türkiyə-AB arasında üzvlüklə bağlı müzakirələri dondurduğunu elan edib. (axar.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar