Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dilqəmlə Şahbaz Azərbaycana təhvil verilir - Şərtlər açıqlandı

Tarix: 08-04-2019 16:25     Baxış: 3413 A- / A+
Dilqəmlə Şahbaz Azərbaycana təhvil verilir - Şərtlər açıqlandı

“Paşinyanla İlham Əliyevin görüşündə əsir və girovların dəyişdirilməsi barədə fikir mübadiləsi olub”.

Manevr.az xəbər verir ki, bu sözləri yenicag.az-a açıqlamasında erməni əsirliyində olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycana qaytarılması ehtimalını şərh edərkən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, İlham Əliyevlə Paşinyanın görüşündə əsirlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib:

“Azərbaycan tərəfi hamının-hamıya dəyişdirilməsi prinsipini irəli sürür. Erməni tərəfi isə bir nəfərin bir nəfərə dəyişdirilməsi üzrə hərəkət edir. Əgər humanitar razılaşmadan söhbət gedirsə, onlarda olan əsirlər hamısı geriyə qaytarılmalıdır, Azərbaycanda olan əsirlər də ermənilərə təhvil verilməlidir. Əldə etdiyimiz məlumata görə, Ermənistanda 5500 azərbaycanlı əsir var. Azərbaycanda isə bunlar barmaqla sayılacaq qədərdir. Azərbaycanda olan erməni əsirlərin hamısı hərbi əsirlərdir. Azərbaycanlı əsirlərin demək olar ki, hamısı mülki əsirlərdir. Müharibə şəraitində əsir düşüblər”.

Qabil Hüseynli Dilqəmlə Şahbaza görə 2 erməni kəşfiyyatçının qaytarılacağını vurğulayıb:

“Əldə edilmiş razılığa uyğun olaraq, Dilqəmlə Şahbazın qaytarılması üçün ermənilərin 2 hərbi kəşfiyyatçısını qaytarmağa razı olmuşuq. Onlardan biri Ağdarə rayonunda əsir düşmüş kəşfiyyat dəstəsinin komandiridir, rütbəsi kapitandır, digəri isə Tovuz istiqamətində əsir düşmüş kəşfiyyatçıdır. Bu məsələ demək olar ki, prinsipcə razılaşdırılıb. Beynəlxalq təşkilatlar dəyişdirilməyə və onları müşayiət etməyə razılıq veriblər”.

Politoloq qeyd edib ki, dəyişdirilmə yaxın günlərdə baş tutacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar