Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dağlıq Qarabağ danışıqları: 3 şəhərdən biri seçiləcək

Tarix: 06-04-2019 10:06     Baxış: 3298 A- / A+
Dağlıq Qarabağ danışıqları: 3 şəhərdən biri seçiləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) birinin paytaxtında baş tutacaq.
Manevr.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, hazırda görüşün tarixi ilə bağlı danışıqlar aparlır.

Mətbuat katibi xatırladıb ki, martın 29-da Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə qəbul olunmuş birgə bəyanatda yaxın zamanlarda iki ölkənin xarici işlər nazirləri arasında görüş keçirilməsi ilə bağlı razılığa gəlindiyi qeyd olunub:

"Bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel səfəri çərçivəsində belə bir açıqlama ilə çıxış etdi ki, nazirlərin qarşıdan gələn görüşü barədə razılaşma əldə olunub və belə bir görüş yaxın zamanlarda həmsədr ölkələrinin birinin paytaxtında baş tutacaq. Konkret görüşün vaxtına gəlincə, bu məsələ Bakı və Yerevan arasında razılaşdırılandan sonra bəyan ediləcək".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar