Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gülşən ÖZDƏMİR: "Onlar xəstə deyillər, bizlərdən biridir" - ŞƏKİLLƏR

Tarix: 28-02-2019 22:48     Baxış: 1662 A- / A+
Gülşən ÖZDƏMİR: "Onlar xəstə deyillər, bizlərdən biridir"



Manevr.az
-ın qonağı qardaş Türkiyənin Səbahəddin Zaim Universitetinin xüsusi təhsil müəllimi ixtisası üzrə məzunu, həmin universitetin rəhbərlik və psixoloji danışmanlıq yüksək lisansını bitirmiş, uzun illərdir bu sahədə çalışan, hazırda bu istiqamətdə elmi araşdırmalarla məşğul olan, autizm uzmanı Gülşən ÖZDƏMİRDİR

-Gülşən xanım, Bakıda sizi xoş gördük. Gəlişinizin məqsədi nədir?


-Bakıya Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin dəvəti ilə “İnklüziv təhsil: beynəlxalq təcrübə və real vəziyyət” mövzusunda martın 2-də təşkil edilən təlimdə təlimçi kimi iştirak etmək üçün gəlmişəm. Burada öz bilik və təcrübələrimizi həmkarlarımızla bölüşəcəyik.
Gülşən ÖZDƏMİR: "Onlar xəstə deyillər, bizlərdən biridir"


-Bundan başqa, buraya gəlişimizin məqsədi bütün əngəllilər üçün başlatdığımız “Bizə əl verin!” layihəsini dəstəkləməkdir.

-Öyrəndiyim qədəriylə Azərbaycanda xüsusi təhsil sahəsində dövlət tərəfindən son illərdə bir sıra ciddi proqramlar həyata keçirilməkdədir. Lakin Azərbaycan bu işin daha başlanğıcındadır. Bu baxımdan hesab edirəm ki, bu kimi təlim və seminarların keçirilməsinə çox ehtiyac var. Bzim də bu işdə az da olsa əməyimizin olmasından məmnunluğumu bildirmək istərdim.

-Siz autizm sahəsində uzmansınız. Yəqin ki, təlimdə də əsasən bu mövzuda çıxış edəcəksiniz.

-Verəcəyimiz təlimdə bütün əngəlli uşaqların təhsili ilə bağlı movzulara toxunacağıq.

Burada bir məsələni də qeyd etmək istərdim. Son illərdə bütün dünyada əngəlli uşaqların doğulmasının artımı bir sıra xarici amillərlə bağlıdır. Bunların içərisində qeyri-sağlam qidalanmanı, qüsurlu həyat tərzini göstərə bilərik. Müşahidələrimiz göstərir ki, qeyri-sağlam həyat tərzi keçirən toplumlarda əngəlli uşaqların doğulması faizi daha yüksəkdir. Xüsusilə autizmli uşaqların sayının getdikcə artımı müşahidə edilməkdədir. Sağlam cəmiyyətin olması üçün sağlam da fərdlərin oilması önəmlidir.
Düşündürücü məsələlərdən biri də odur ki, bir əngəllinin olduğu ailə bundan nə qədər təsirlənir, bu ailədən cəmiyyət nə qədər təsirlənir? Məsələ budur. Təəssüflə vurğulayım ki, bu problemin artması və ona yanlış yanaşma nəticəsində əngəllilər üçün qeyri-sağlam mühit formalaşmaqdadır. Əngəlli uşağın olduğu evdə ata-ana ilə yanaşı, digər qohumlar da təsirlənir. Bəzən ailədə ata-ana arasında problemlər yaranır. Məsələn, ana əngəlli uşağa daha çox zaman ayırır, ər-arvad münasibətlərində soyuqluq yaranır və ya əksinə. Yaxud ata-analar belə uşaqları cəmiyyət içərisinə çıxarmaqda çətinlik çəkirlər. İnsanların onlara necə münasibət göstərməsindən çəkinirlər. Bu da qeyri-sağlam münasibətlərin yaranmasına səbəb olur.

Onu da deyim ki, elmi araşdırmalar göstərir ki, əngəlli uşaqlarda erkən təyin mümkün olduqda onların təlimində yaxşı nəticələr də əldə etmək asan olur. Bu da o deməkdir ki, əngəlli uşaqların topluma qazandırılmasının yeganə yolu düzgün və vaxtında verilən təhsildir. Bunun başqa alternativi yoxdur.

Gülşən ÖZDƏMİR: "Onlar xəstə deyillər, bizlərdən biridir"

-Türkiyədə bu sahədəki vəziyyəti qısaca dəyərləndirərdiniz.

-Deyim ki, əngəlliliyin vaxtında təyin edilməsi o uşaqların cəmiyyətə daha tez adapatasiya olmasına kömək edir. Belə uşaqların yetişdirilməsində ən vacib olan amil özəl təhsildir. Türkiyədə də bu məsələyə xüsusi diqqət yetirilir. Bu ixtisaslar universitetlərdə özəl olaraq öyrədilir. Xüsusi təhsili alan məzunlar məktəblərdə və ayrıca təlim mərkəzlərində əngəlli uşaqların fərdi tədrisi ilə məşğul olurlar. Əngəlli uşaqların təhsili fasiləsiz olaraq aparılır. Məsələn, dövlət tərəfindən göstərilən dəstək nəticəsində bir uşaq 12 saat xüsusi təhsil alır. Bundan başqa, əngəlli uşaqların digər uşaq qrupları ilə qaynayıb-qarışması üçün onları digər uşaqların təhsil aldığı siniflərlə də əlaqələndirirlər.

Türkiyədə bu sahəyə dövlət ciddi maddi dəstək verir. Lakin bu da azdır. Məsələn, ABŞ və İngiltərə ilə müqayisədə Türkiyədə görülən işlərin miqyası daha azdır. Amerikada bir zühni qüsurlu və autizmli uşaqların təlim və təhsilinə bir ildə 2,5 milyon dollar pul ayrılır. Lakin Türkiyədə də bu məsələ zamanla irəliləməkdədir. Bunlardan başqa digər vasitələrlə də əngəllilərin cəmiyyətə qazandırılması üçün bütün sosial layihələrdən istifadə edilir. Türkiyədə bu uşaqlarla aparılan işin məqsədi əngəlli uşaqları digərləri ilə eyni səviyyədə qəbul etmək, onlar kimi davranmaq, onlar kimi yaşatmaqdır.

-Belə vəziyyətdə olan ailələrə tövsiyəniz nədir?

-Əngəlli uşaqların təlimində ailələrin rolu çox böyükdür. Ata-ana çox bilincli olarsa, uşaqlarda hansısa qüsurların olduğunu daha tez fərq edə bilər və onunla vaxtında mübarizə apara bilər. Erkən təyin və erkən müalicəyə başlanıldığı zamanda yaxşı nəticələrərə çatmaq mümkündür.

Onu da qeyd edim ki, əngəlli uşaqların təhsilində fasiləsizlik və ata-ana ilə birgə çalışmaq çox vacibdir. Başqa cür onların təlimində uğur əldə etmək mümkün deyil. Buna görə də mənim fikrimcə, əngəlli uşaqların təlimində ilk növbədə valideynləri təlimləndirməkdən başlamaq vacibdir.
Gülşən ÖZDƏMİR: "Onlar xəstə deyillər, bizlərdən biridir"

-Qatılacağınız təlimlə bağlı söyləmək istədiyiniz bir şey varmı?

-Maraqlandığınız üçün təşəkkür edirəm. İnklüziv təhsillə əlaqəsi olan hər kəsi bu təlimə dəvət edirik. İnanıram ki, onlara əhəmiyyətli bilgilər təqdim edə biləcəyik. Mən xüsusən əngəlli uşaqları olan valideynləri belə təlimlərə diqqətlə yanaşmalarını və qatılmalarını istərdim. Bu, daha vacibdir.

-Söhbət üçün təşəkkür edirik

-Diqqətiniz üçün mən sizə təşəkkür edirəm.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar