Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Trampla iş birliyimiz var” - Ziya Məmmədov - EKSKLÜZİV

Tarix: 19-11-2016 09:24     Baxış: 4370 A- / A+
“Trampla iş birliyimiz var”

İş adamı Donald Trampın Amerika prezidenti seçilməsi ilə bağlı müzakirələr Azərbaycan mediasının da əsas mövzularından biridir. Bəzi iddialara görə, Amerikalı milyarderin prezidentliyi son dövrlər mövqelərini ciddi şəkildə itirən nəqliyyat naziri Ziya Məmmədovun yenidən dirçəlişi üçün bir trampilin rolunu oynaya bilər.

Gununsesi.info nəqliyyat naziri Ziya Məmmədovun özü ilə bu barədə danışmağa çalışıb. Nazirlə söhbəti olduğu kimi təqdim edirik:


- Ziya müəllim, dünya ictimaiyyətinin gözləntilərinin əksinə olaraq, Donald Tramp prezident seçildi. Bu sizin üçün nə deməkdir?

- Amerika xalqı etimad göstərib və o, da prezident olub. Mənim nəsə söyləyəcəyimin nə əhəmiyyəti var axı. Bu amerikalıların seçimidir. Hər bir xalqın seçiminə də hörmətlə yanaşılmalıdır.

- Trampı təbrik etdinizmi? Onunla münasibətləriniz nədən ibarətdir?

- Trampla iş birliyimiz var… İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub.

- Bu gün münasibətlər qalırmı?

- Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar.

- Mediada belə bir fikir yayılıb ki, Trampın prezidentliyi mövqeləri son zamanlar hakimiyyət daxilində zəifləyən Ziya Məmmədov üçün bir şans oldu. Bəlkə deyəsiniz, Donald Trampın Amerika prezidenti olması Sizin üçün nə vəd edir?

- Bu qədər danışdım, yetər. Sağlıqla qalın..(Telefonun dəstəyini asır-red.)

“Trampla iş birliyimiz var”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar