Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zamirənin 1 milyonluq üzüyü MÜSADİRƏ EDİLDİ

Tarix: 15-01-2019 10:43     Baxış: 4249 A- / A+
Zamirənin 1 milyonluq üzüyü MÜSADİRƏ EDİLDİ


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və həyat yoldaşı Zamirənin var-dövlətinin bəlli olmayan mənbəyinin araşdırılması ilə məşğul olan Böyük Britaniyanın səlahiyyətli orqanları dəyəri 1 milyon funt sterlinqdən baha olan brilliant üzük müsadirə edib.

Sözügedən 8,9 karatlıq "Cartier" (Kartye) üzüyü C.Hacıyev tərəfindən səkkiz il əvvəl Londonun məşhur "Harrods" univermağından alınıb.

Zinət əşyası zərgərlər tərəfindən restavrasiya olunan zaman Böyük Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən müsadirə edilib.

Agentlik əmindir ki, bu üzüyün alınması üçün sərf olunan maliyyə mənbəyi növbəti araşdırmaların aparılmasını tələb edəcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb. (report)

Manevr.az


Zamirənin 1 milyonluq üzüyü MÜSADİRƏ EDİLDİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar