Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-nin tələbələri isveçrəli alim ilə görüşüb - FOTOLAR

Tarix: 22-11-2018 16:10     Baxış: 3331 A- / A+
Aİİ-nin tələbələri isveçrəli alim ilə görüşüb


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dinlərin akademik tədqiqi: fənlərin müqayisəli təhlili” mövzusunda seminar keçirilib.

Manevr.az xəbər verir ki, Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, İnstitutda ənənə halını almış müxtəlif mövzularda keçirilən seminarların, “dəyirmi masa”ların maarifləndirmə məqsədi daşıdığını və bu görüşlərin cəmiyyətdə maraqla qarşılandığını bildirib. A.Şirinov isveçrəli alimi tədbir iştirakçılarına təqdim etdikdən sonra, dinin akademik tədqiqinin həm Şərqdə, həm də Qərbdə hər zaman aktual olduğunu bildirib.

İsveçrənin Friburq Universitetinin İctimai elmlər və dinlərin tədqiqi şöbəsinin Baş müəllimi, dosent Ansqar Jodik “Dinlərin akademik tədqiqi: fənlərin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış edib. Aİİ-nin bölgədə dinlərin tədqiqinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edən alim Qafqazda belə bir İnstitutun yaradılmasının xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. A.Jodik məruzəsində dini tədqiqatlar haqqında dolğun məlumat verərək, sözügedən sahənin müxtəlif dillərdə fərqli formalarda adlandırıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Dinlərin müqayisəli təhlilindən danışan alim bu tədqiqatlara hansı baxış bucağından nəzər yetirildiyinin əhəmiyyətini bildirərək, o cümlədən bu faktora yanaşma yollarından da bəhs edib. O bildirib ki, XIX-XX əsrlərdə dinlər akademik formada araşdırılırdı və bu tədqiqatların müsbət və mənfi tərəfləri var idi.

A.Jodik XIX-XX əsrlərdə yaşamış bir çox tanınmış alimlərin tədqiqatları haqqında danışdıqdan sonra, həmin dövrdə nəşr olunan müqayisəli dinlər barədə kitabçaların nəşr edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Alim dinin fəlsəfəsi, sosiologiyası, psixologiyası, fenomenologiyası və antropologiyası haqqında bilgilər ilə seminar iştirakçılarını məlumatlandırıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Aİİ-nin tələbələri isveçrəli alim ilə görüşüb
Aİİ-nin tələbələri isveçrəli alim ilə görüşüb
Aİİ-nin tələbələri isveçrəli alim ilə görüşüb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar