Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: yanacaqdoldurma məntəqələrində DİQQƏTLİ OLUN! - VİDEO

Tarix: 21-11-2018 20:45     Baxış: 4351 A- / A+
Sürücülərin NƏZƏRİNƏ: yanacaqdoldurma məntəqələrində DİQQƏTLİ OLUN! - VİDEO



Hər bir avtomobilin yanacaq çəninin tutumumunun bir ölçü standartı var. Həmin çənə zavod istehsalı ilə müəəynləşdirilən normadan artıq yanacağın vurulması mümkün deyil. Bakıda isə yanacaqdoldurma məntəqələrinin birində avtomobilinçəninə zavod tutumundan 10 litrə çox yanacaq əlavə edilib. Məntəqədən vətəndaşa deyirlər ki, bu avtomobilin köhnə olması ilə bağlıdır və çənin həcmi genişlənib. Ustalar isə bunun qeyri mümkün olduğunu deyirlər.


Avtomobilin yanacaq çəninə tutumundan da artıq dizel yanacağı vurulub.

Paytaxt sakini Səbuhi Hüseynov bir gün əvvəl yanacaqdoludurma məntəqələrinin birindən avtomobili üçün yanacaq alıb.O iddia edir ki,Yanacaq vuran cihazın sayğacına baxdıqdabenzin çəninə tutumundan artıq yanacağın vurulduğunun şahid olub.

Səbuhi Hüseynov deyir ki, 65 litr tutumu olan çənin içində 8 litr yanacaq var imiş. Üzərinə 66 litr 600 qram da yanacağın əlavə edilməsi ona heç də inandırıcı gəlməyib. Bununla bağlı iradını nəzarətçiyə bildirdikdə isə onabeləaçıqlama veriblər.

Məsələylə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, yanacaq doldurma məntəqəsindən heçbir açıqlama vermədilər.

Avtomobil ustası Pərviz İsmayılov isə deyir ki, bu avtomobillərdə yanacaq çəninin həcmi standart olur və qarşı tərəfin iddia etdiyi kimi onun həcminin artmasından söhbət gedə bilməz.

Usta onu da bildirdi ki, son zamanlar ona belə halla qarşılaşan çox sürücü müraciət edir. Zərəçəkən Səbuhi Hüseynov isə məsələylə bağlı aidiyyatı qurumlara şikayət etməyi düşünür.




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar