Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dərmanla bağlı xəbərdarlıq oldu -NAZİRLİKDƏN

Tarix: 31-10-2016 20:39     Baxış: 3555 A- / A+
Bu dərmanla bağlı xəbərdarlıq oldu

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Aktilize” dərman preparatı ilə bağlı yayılmış şikayətlərə münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, son aylar Boehringer İngelheim şirkətinə bəzi ölkələrdən Aktilize 50 mq preparatından çoxlu texniki şikayətlər daxil olub. Şikayətdə bildirilir ki, preparatın həll olması zamanı rezin tıxac flakon daxilinə itələnir. Bu flakonun istifadəsini yararsız edir və müalicə üçün yeni flakona ehtiyac yaranır.

Az miqdarda 10 mq və 20 mq dozalara aid şikayətlər də alınıb.
Hazırda texniki şikayətin yaranma səbəbləri araşdırılır. Hələki, dəqiq səbəb müəyyən edilməyib.


Nazirlik tibb müəssisələrinə "Aktilize" preparatının istifadə təlimatına ciddi əməl olunmasının vacibliyinə dair xəbərdarlıq edib.
Aktilize preparatının həyati vacibliyini nəzərə alaraq tibb müəssisələrində kifayət qədər preparatın ehtiyatının saxlanılması tövsiyə olunub.
Preparatın istifadəsi zamanı yaranan problemlərin şirkətə bildirilməsi xahiş olunur.
Yaranmış situasiyanın aradan qaldırılması üçün şirkət bu sahədə bütün tədbirləri gücləndirib.

Qeyd edək ki, Aktilize preparatı aşağıdakı hallarda trombolitik müalicə üçün göstərişdir:

- Kəskin miokard infarktı
- Qeyri-stabil hemodinamika ilə müşayiət olunan kəskin geniş ağciyər arteriyası emboliyası
- Kəskin işemik insult
Aktilize preparatı aşağıdakı dozalarda buraxılır:
Aktilize 10 mq:
1 flakon 10 mq alteplaza
1flakon 10 ml inyeksiya üçün su
Aktilize 20 mq:
1 flakon 20 mq alteplaza
1 flakon 20 ml inyeksiya üçün su
Aktilize 50 mq:
1 flakon 50 mq alteplaza
1 flakon 50 ml inyeksiya üçün su
1mq/ml konsetrasiyalı alteplaza məhlulu əldə etmək üçün :
10 mq Aktilize – 10 ml inyeksiya üçün suda həll edilir.
20 mq Aktilize – 20 ml inyeksiya üçün suda həll edilir.
50 mq Aktilize – 50 ml inyeksiya üçün suda həll edilir
lent.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar