Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov: "Dövlətlər dəqiq elmər vasitəsi ilə yox, humanitar elmlər sahəsində inkişaf etdilər"

Tarix: 12-05-2018 12:06     Baxış: 2751 A- / A+
Şahlar Əsgərov: "Dövlətlər  dəqiq elmər vasitəsi ilə yox, humanitar elmlər sahəsində inkişaf etdilər"

"İnanıram və bu inama da əsasım var ki, Fərəh xanım bu vəzifəni uğurla icra edəcəkdir. Elmin, təhsilin potensialını dövlətimizin çiçəklənməsinə yönəldəcəkdir"

Manevr.az xəbər verir ki, bunu professor Şahlar Əsgərov Fərəh Əliyevanın Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə müdir təyin edilməsi barədə fikir bildirərkən söyləyib. Şahlar Əsgərov fikrini belə davam etdirib:

"Mən də fundamental elmlərin cəmiyyətin inkişfında rolunun və əhəmiyyətinin böyük olduğuna əminəm. Ancaq humanitar elmlərin rolu daha böyükdür. Düzdür, dəqiq elmlərin yaratdığı mator, telefon,TV, kompüter və təbabət elminin uğurları danılmazdır, inqilabidir. Humnitar sahədə ixtiralar belə aydın sezilmir. İdarəetmədə qazanılan üğürlar daha möhtəşəmdir. Sinqapur, Cənubi Koreya dövlətləri dəqiq elmər vasitəsi ilə yox, humanitar elmlər sahəsində inkişaf etdilər. ABŞ və Böyük Britaniyanın idarə edilməsində aşkar sezilməyən bir sosial ixtiradan istifadə edilir. Belə ki, zaman-zaman (periodik olaraq) gah kütlənin mənafeini müdafiə edən demokratları, gah da fərdərin mənafesini müdafiə edən kapitalistləri idarəetməyə cəlb edir. Yəni zaman -zaman gah müəllimlərin, həkimlərin, sadə insanların mənafeləri müdafiə olunur, gah da iri kapitalistlərin, sənayeçilərin, iş yeri yaradanlar himayə olunur. Demokrat Barak Obama gedir, yerinə respublikaçı Donald Tramp gəlir. İnkişafın sirri də bu siyasətdədir.
M.Ə Rəsulzadə bu incəliyi 100 il öncə duyaraq: “Mədəniyyətin amacı idarəetməni elmə tabe etməkdir”- fikrini söyləmişdir. Təəssüf ki, fikir tətbiq tapmadı.
Dünən dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Fərəh Şirməmməd qızı Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. İnanıram və bu inama da əsasım var ki, Fərəh xanım bu vəzifəni uğurla icra edəcəkdir. Elmin, təhsilin potensialını dövlətimizin çiçəklənməsinə yönəldəcəkdir. Uğurlar."
Qeyd edək ki, dövlət başçısının sərəncamına əsasən, Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Onu da vurğulayaq ki, bu postu Fərəh Əliyevadan öncə - 2017-ci il iyunun 1-nə qədər Fatma Abdullazadə tutub. Xatırladaq ki, F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar