Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avropa Bankı faizi endirdi: Manatı nə gözləyir? – Proqnoz

Tarix: 13-09-2019 15:39     Baxış: 3125 A- / A+
Avropa Bankı faizi endirdi: Manatı nə gözləyir? – Proqnoz

“Avropa Mərkəzi Bankı depozit faizlərinin – 0.40 faizdən -0.50 faizədək endirilməsi barədə qəbul etdiyi qərar valyuta bazarına hələlik təsirsiz ötüşsə də bu addım funt sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyli azaltdı”.

Manevr.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, Mərkəzi Bank bu ilin noyabrından etibarən aylıq 20 milyard avroluq bond satışı da həyata keçirmək niyyətindədir:

“Bond proqramının nə vaxtadək davam edəcəyi barədə hər hansı bilgi verilməyib. “Əsas yenidən-maliyyələşdirmə əməliyyatları” və “marjinal maliyyələşdirmə” fasilitilər üzrə faizlər dəyişməz olaraq 0 və 0.25 faiz səviyyəsində saxlanılıb.

Avropa Mərkəzi Bankı gözlənilənə nisbətən yumşaq qərar qəbul etsə də hələlik Frankfurtda avronun möhkəmlənməsinə isti yanaşlmır. Avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilməməsi fonunda ABŞ-Çin ticari münasibətləri də avropalıların monetar qərarlarına təsirsiz ötüşmür. Bütövlükdə, Avropa Mərkəzi Bankının son qərarı göstərir ki, digər aparıcı rəqiblərin xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırımayan fors-major qərarları olmayacağı halda avronun kursunun yaxın zamanlarda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilirmir. Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda bizim valyuta bazarında da möhkəmlənməyəcək”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar