Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur idmançıya qarşı təcavüz iddiası - Qızın 20 yaşı var

Tarix: 20-10-2019 16:18     Baxış: 4209 A- / A+
Məşhur idmançıya qarşı təcavüz iddiası - Qızın 20 yaşı var


Qarışıq döyüş növlərində (MMA) çıxış edən idmançı Konor Makqreqorun adı cinsi təcavüzdə hallanır.

Manevr.az bildirir ki, bu barədə Fox News məlumat yayıb.

Telekanal bildirir ki, təcavüz qurbanının 20 yaşı var. Hadisə Dublindəki barlardan birinin yaxınlığındakı dayanacaqda baş verib.

Makqreqorun nümayəndələri məlumatı təkzib edərək, döyüşçünün özünün tez-tez şayiə qurbanı olduğunu bəyan ediblər. Hələlik idmançıya qarşı rəsmi ittiham irəli sürülməyib.

Martın 26-da New York Times bildirmişdi ki, döyüşçü barəsində cinsi təcavüz iddiaları üzrə araşdırma aparılır. Konoru İrlandiya polisi sorğu-sual edərək azadlığa buraxmışdı.

Makqreqorun qanun müdafiəçiləri ilə dəfələrlə problemi olub. 2018-ci ilin aprelində o, Universal Döyüş Çempionatının (UFC) iştirakçılarının olduğu avtobusa hücumla əlaqədar həbs olunaraq islah işlərinə və hirsi cilovlama üzrə kurs keçməyə məcbur edilmişdi. 2019-cu ildə isə Makqreqor şəklini çəkmək istəyən azarkeşinin telefonunu əlindən alaraq sındırmış və yenə polis tərəfindən saxlanmışdı./sputnik/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar