Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İraqda daha 40 etirazçı öldürüldü

Tarix: 29-11-2019 12:12     Baxış: 3138 A- / A+
İraqda daha 40 etirazçı öldürüldü


Ötən gün Bağdad şəhəri və İraqın cənubunda iğtişaşlar nəticəsində 40 etirazçı öldürülüb.

Manvr.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri anonim tibb işçiləri və təhlükəsizlik qüvvələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, İran konsulluğu yandırıldıqdan sonra yaranmış münaqişə zamanı isə Nəcəf şəhərində 36 etirazçı öldürülüb, 245 nəfər yaralanıb. Paytaxtda daha 4 nümayişçi güllələnib, 22 nəfər xəsarət alıb.

Bu məqamda bildirək ki, İraqda 1 oktyabr 2019-cu ildə nümayişlər başlayandan bəri ən azı 350 nəfər ölüb, minlərlə insan yaralanıb.

Əvvəlcə etirazçılar hakimiyyətdən gənclərin işsizliyinə və korrupsiyaya diqqət yetirmələrini, sonra mövcud siyasi sistemin dəyişdirilməsi tələblərini səsləndirməyə başlayıblar. Baş nazir Adil Əbdül-Mehdi hökumətdə dəyişikliklər ediləcəyini və sosial sahədə islahatlar aparacağını vəd etsə də, nümayişçilər bununla kifayətlənməyiblər. İndi onlar Baş Nazirin özü də daxil olmaqla bütün siyasi rəhbərliyin istefasını tələb edirlər. /qafqazinfo/

Manvr.az


Manvr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar