Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sərnişin avtobusu QƏZAYA UĞRADI : 10-dan çox yaralı var - FOTO

Tarix: 14-12-2016 12:50     Baxış: 3355 A- / A+
Sərnişin avtobusu QƏZAYA UĞRADI

Qusar rayonunda sərnişin avtobusu qəzaya düşüb.

Manevr.az xəbər verir ki, hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı sərnişin avtobusu Mühəndis Qiyasovun "Toyota-Pikap" markalı avtomobillə toqquşub.
Nəticədə avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan üç nəfər - "Toyota-Pikap"ın sürücüsü M.Qiyasov, avtobusda olan sərnişinlər - rayonun Hil kənd sakini, 1978-ci il təvəllüdlü Ruhiyyə Hüseynbala qızı Əlizadə və 1962-ci il təvəllüdlü Həlimə Müzəffər qızı Fərzəliyeva Qusar Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Avtobusda olan digər 10 nəfərədək yaralı isə Qusar rayonunda fəaliyyət göstərən özəl klinikalardan birinə yerləşdirilib.
Qəzaya səbəb yolun buzlu olması ehtimal edilir.
Qeyd edək ki, "Hyundai" markalı avtobus və "Toyota-Pikap" markalı avtomobil Şahdağ Turizm-İstirahət Kompleksinə məxsusdur və səhər saatlarında işçiləri kompleksə apararkən qəzaya düşüb. "Toyota-Pikap"ın sürücüsü isə kompleksin rəsmi şəxslərindən biri olub.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb. report

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar