Sizin Reklam Burada
Xəbər lenti
13 noyabr
12 noyabr
BÜTÜN XƏBƏRLƏR

Naməlum şəxs Digahda sakinləri qorxuya salıb, ərazidə polis nəzarəti gücləndirilib - VİDEO

Tarix: 26-09-2019 09:10     Baxış: 4190 A- / A+
Naməlum şəxs Digahda sakinləri qorxuya salıb, ərazidə polis nəzarəti gücləndirilib - VİDEO

Abşeron rayonunun Digah qəsəbəsində qeyri-adi hadisələr baş verib.

Manevr.az xəbər verir ki, bu barədə report-a müraciət edən sakinlər bildirib ki, 20 gündür gecələr naməlum şəxs və şəxslər tərəfindən narahat edilirlər.

Belə ki, naməlum şəxslər gecə saatlarında yerli sakinlərin evlərinə gəlib, qapı-pəncərələrinə, damlarına daş atıb qaçırlar.

Qəsəbə sakini Vəli Salmanzadə deyib ki, sentyabrın 22-də axşam saatlarında evinin pəncərəsindən naməlum şəxs otağın içərisinə baxıb, övladını qorxudub: “Həmin vaxt oğlum otaqda tək idi. Kimsə pəncərədən otağın içərisinə baxırdı. Bu vaxt oğlum qışqırıb məni çağırdı. Mən də həmin şəxsin arxası ilə qaçanda yerə yıxıldım və ayağım sındı”.

Digər sakinlərin sözlərinə görə, qəsəbədə hər gecə, təxminən, onlarla evin qapı-pəncərələrinə daş atılıb, insanları qorxudublar: “Heç kəs onları tuta bilmir, bir anlıq gözlərdən yayına bilir. Gecələr uşaqlar evdə yata bilmir, səhərə qədər oyaq qalırıq”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə report-a deyib ki, qəsəbə sakinləri tərəfindən onları hər gecə narahat edən hallarla bağlı Nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə müraciətlər daxil olub.

O qeyd edib ki, məsələ Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb, qəsəbə ərazisində polis nəzarəti gücləndirilib: “Araşdırmalar nəticəsində qeyd olunan neqativ əməllərə yol verən şəxslərdən biri - qəsəbənin "Yeni tikili" adlı massivində yaşayan 27 yaşlı Heydər Həşimov müəyyən edilərək saxlanılıb”.

O.Mansurzadə deyib ki, həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə H.Heydərovun barəsində 30 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarıb.

O.Mansurzadənin sözlərinə görə, Digah qəsəbə sakinlərinin narahatlığına heç bir əsas yoxdur: “Hazırda rayonda olduğu kimi, qəsəbə ərazisində də əməliyyat şəraiti fasiləsiz izlənilərək nəzarət olunur, həmçinin post patrul xidmətinin naryadları gücləndirilib. Vətəndaşlardan xahiş olunur ki, analoji hərəkətlərə yol verən, sakinlərdə qorxu və çaşqınlıq yaratmaq istəyən şəxslər və bu kimi digər hallar barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə və aidiyyəti üzrə polis idarəsi və bölməsinə müraciət etsinlər”.



Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar