Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İtləri "insana" çevirən adam + VİDEO

Tarix: 08-07-2019 16:39     Baxış: 3148 A- / A+
İtləri "insana" çevirən adam + VİDEO


İtləri uşaqlıqdan sevən Sergey Baladayev düz 41 ildir ki, kinoloq kimi çalışır. Deyir 1978-ci ildə valideynləri ona it hədiyyə edib.

Manevr.az xəbər verir ki, məhz bundan sonra Sergey itləri daha yaxından tanımağa və kinoloqluq peşəsinə maraq göstərməyə başlayıb.
Sergey Baladayev – Kinoloq: "Hazırda Doberman cinsindən olan itə təlim keçirəm. "Haski" və "Samayed" cinsindən olan itlərə isə sahibinə və ətrafa davranış qaydalarını öyrədirəm. Adətən itlər 6 aylıqdan, yəni dişlərini dəyişdikləri dövrdən təlim və tərbiyəyə cəlb edilir. İlk təlimlərdə onlara otur, dur, gəl, yerində dur komandaları öyrədilir".

Sergey təlimə meyilli itlərdən də danışır. Deyir ki, aktiv itlər komandaları daha tez öyrənir. Öyrədilən isə təkcə itlər olmur. Sahibləri də 7-10 gün ərzində düzgün komanda verməyi, itə uyğunlaşmağı və onunla davranmağı öyrənir.

İtlərə qulluq üçün tələb olunan gündəlik xərclərə gəlincə, qəhrəmanımız deyir ki, bu, sahibin özündən asılıdır.

Sergey Baladayev – Kinoloq: "İş adamları vaxtları olmadığından itlərinə hazır yeməklər verir. İti ilə məşğul olmağa bol vaxtı olanlar isə onlara ev yeməkləri qreçka, düyü verir. Yəni gündəlik xərclər alınan ərazaqlardan asılıdır. Əgər hazır yeməklər alırsansa onun kisəsi 150-160 manat arasında dəyişir".

Kinoloq itlə əylənməkdən çox, evinin təhlükəsizliyinə üstünlük verən ailələrə ovçarkaları məsləhət görür. Sahibləndikləri itlərin uşaqlarına zərər yetirməsindən qorxan valideynlər isə mühafizə funksiyası olmayan ev itləri ala bilər.

Hazırda özünün ümumi və mühafizə kursu keçmiş Xonda adlı, 4 yaş yarımlıq iti olan Sergey deyir ki, bu heyvanlar sahiblərini heç nəyə dəyişməyəcək qədər sadiqdi. Həm də deyir ki, düzgün rəftar etməsən hətta ən kiçik və qorxaq it belə sahibini dişləyə bilər. Qısası, hər şey davranışa bağlıdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar