Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu ailə qəribə hadisə ilə üzləşdi - Video

Tarix: 04-07-2019 07:36     Baxış: 3151 A- / A+
Azərbaycanda bu ailə qəribə hadisə ilə üzləşdi - Video
Qaxın Lələli kəndində Novruzovlar ailəsi qəribə hadisə ilə üzləşiblər. Onların evini yarasalar basıb. Maraqlısı odur ki, evdə ailə üzvləri yaşaya-yaşaya bu canlılar evə daraşıb. Ev sahibləri müxtəlif vasitələrlə yarasaları evdən uzaqlaşdırmaq istəsələr də, buna nail ola bilmirlər.

Evdə yarasalar uçuşur. Yorğan-döşəyin arasından, pərdələrin arxasından, çarpayıların altından - hər yerdən yarasa çıxır.

Əvvəlcə, tək-tək quş səsləri eşidilib, sonra səslər get-gedə çoxalıb. Artıq səs o həddə çatıb ki, evdə oturmaq mümkün olmur. Səslər xüsusilə də gecələr daha çox eşidilir.

Ev sahibinin sözlərinə görə, bu canlılar təxminən 2 ay əvvəl evin küncündə balalayıblar. Sonradan isə çoxalaraq bütün evə yayılıblar. Yarasalar tez-tez çoxaldığından artıq evin hər yerində bunlara rast gəlmək olur. Nə etsələr də, bu quşları evdən uzaqlaşdıra bilmirlər.

Ev sahibləri rayon baytarlıq idarəsinə, həmçinin gigiyena və epidemalogiya mərkəzinə müraciət ediblər. Bu qurumlardan onlara belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyiblər. Bununla belə rəsmi qurumlar "Xəzər xəbər"ə açıqlamalarında bildiriblər ki, yarasaların evə daraşması və ya bu canlıların evdən çıxarılması onların fəaliyyət dairəsindən kənardadır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar