Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Salyanda ağır qəza: yol polisi qan verərək azyaşlını xilas etdi - ŞƏKİLLƏR

Tarix: 09-06-2019 19:03     Baxış: 5185 A- / A+
Salyanda ağır qəza: yol polisi qan verərək azyaşlını xilas etdi - ŞƏKİLLƏR


İyunun 6-da Bakı-Astara-İran sərhəddi yolunun 80-ci kilometrində ağır yol nəqliyyat hadisəsi baş verib.

Manevr.az avtosfer.az-a istinadən xəbər verir ki, Feyzulla Husu oğlu Ələkbərovun idarə etdiyi 85 BS 709 dövlət nömrə nişanlı, "Qazel" markalı avtomobil ilə Qasım Feyzullayevin idarə etdiyi 90 LK 044 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil toqquşub. Hadisəyə səbəb "Hyundai" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi göstərilir. Nəticədə "Hyundai Santa Fe" markalı avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Esmira Feyzullayeva və 14 yaşlı oğlu Nurlan Feyzullayev xəsarət alıb. Yaralıları təcili olaraq Salyan rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Xəstəxanada uşağın vəziyyətinin ağır olduğu və təcili qan köçürülməsi lazım olduğu bildirilib. Bu zaman Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşı, polis serjantı Cavid Elşən oğlu Musayevkönüllü olaraq yaralıya qan verib. Həkimlər ondan 500 qram qan götürərək azyaşlının həyatını xilas ediblər. Bu gün həmin yaralı Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Həkimlərin dediyinə görə, uşağın vəziyyəti getdikcə normallaşır. Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru Qulu Quliyev bildirib ki, tağımın əməkdaşı Cavid Musayev öz xidmətini ləyaqətlə yerinə yetirib və yaralıya lazimi tibbi yardım göstərilməsinə görə əlindən gələni əsirgəməyib. "Bu bizim həm polis, həm də vətəndaş olaraq borcumuzdur. Çox sevinirik ki, əməkdaşımızın sayəsində bir nəfərin həyatı xilas edilib."

Salyanda ağır qəza: yol polisi qan verərək azyaşlını xilas etdi - ŞƏKİLLƏR
Salyanda ağır qəza: yol polisi qan verərək azyaşlını xilas etdi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar