Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dəhşətli hadisə: biznesmenin başın kəsdilər

Tarix: 26-05-2019 10:42     Baxış: 3184 A- / A+
Azərbaycanda dəhşətli hadisə: biznesmenin başın kəsdilər

Bakının Müşfiqabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, Müşfiqabad qəsəbə sakini Şamil Əhmədov ötən gecə yatdığı yerdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Ş.Əhmədovun bıçaqla qətlə yetirildiyini müəyyənləşdiriblər. Məlumata görə, qatil bir zərbəni ürəyinə vurub, ikinci zərbəni isə boğaz nahiyəsinə endirib və mərhumun qırtlağını kəsib.

Hadisə gecə 3 radələrində baş verib. Ailə evə oğruların girdiyini, səs-küyə oyanan ailə başçısının da oğrular tərəfindən qətlə yetirildiyini bildirib. Ancaq hadisə yerini müayinə edən müstəntiq bu versiyaya inanmayıb.

Müstəntiq ilkin araşdırmadan və əl izlərini götürəndən, həmçinin ailənin ziddiyyətli açıqlamasından şübhələnib. Hüquq-mühafizə orqanı əməkdaşları hadisəni mərhumun oğlanlarının törətməsi ehtimalını təsdiqləyən şübhəli məqamların həddən artıq çox olması səbəbindən, qətlə yetirilən atanın oğlanlarını həbs ediblər.

Qəsəbədə gəzən şayiəyə görə, hadisəni mərhumun oğlanlarından birinin törətməsi istisna edilmir.

Mərhumun dəfnində də oğlanlarının iştirakına müstəntiq şərait yaratmayıb. Hazırda mərhumun yas mərasimini qohumlar və qonşular təşkil etməyə çalışır.

Qeyd edək ki, Ş.Əhmədov imkanlı adam sayılır və biznes fəaliyyəti ilə məşğul olub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar